https://sputnik.az/20230718/turkiye-tarixinin-mudafie-sahesinde-en-boyuk-ixrac-muqavilesi-imzalandi-456916523.html
Türkiyə tarixinin müdafiə sahəsində ən böyük ixrac müqaviləsi imzalandı
Türkiyə tarixinin müdafiə sahəsində ən böyük ixrac müqaviləsi imzalandı
Sputnik Azərbaycan
Krallıq və Türkiyə arasında enerji, investisiya və müdafiə sahələrində birgə layihələrin həyata keçirilməsini nəzərdə tutan bir sıra saziş və anlaşma... 18.07.2023, Sputnik Azərbaycan
2023-07-18T19:40+0400
2023-07-18T19:40+0400
2023-07-18T19:40+0400
türkiyə
dünya xəbərləri
səudiyyə ərəbistanı
pua
bayraqdar
ər-riyad
https://cdnn1.img.sputnik.az/img/07e6/05/19/442234313_0:1:1918:1080_1920x0_80_0_0_73ad23faedf9e608acbd65d6f47a8b14.jpg
BAKI, 18 iyul — Sputnik. Türkiyənin pilotsuz uçuş aparatları (PUA) istehsalçısı Baykar, Səudiyyə Ərəbistanı ilə hücum dronlarının tədarükü və əməkdaşlıq haqqında müqavilə imzaladığını təsdiqləyib. "Daha bir mühüm ixrac və əməkdaşlıq müqaviləsini uğurla imzaladıq. Baykar ilə Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi arasında Akıncı zərbə PUA-ları üçün ixrac müqaviləsi imzaladıq. Akıncı Səudiyyə Ərəbistanı Krallığının Hərbi Hava və Hərbi Dəniz Qüvvələrində istifadə ediləcək", - şirkətin açıqlamasında deyilir. Şirkətin baş direktoru Haluk Bayraktar da öz növbəsində Ər-Riyadla imzalanan müqavilənin Türkiyə Cümhuriyyəti tarixində təyyarə istehsalı və müdafiə sahəsində ən böyük ixrac müqaviləsi olmasına diqqət çəkib. Səudiyyə mətbuatı daha əvvəl xəbər vermişdi ki, krallıq və Türkiyə arasında enerji, investisiya və müdafiə sahələrində birgə layihələrin həyata keçirilməsini nəzərdə tutan bir sıra saziş və anlaşma memorandumları imzalanıb. Sənədlərin imzalanması Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Fars körfəzi ölkələrinə səfəri çərçivəsində Səudiyyə Ərəbistanına səfəri zamanı baş tutub.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/19/442234313_239:0:1679:1080_1920x0_80_0_0_cd8216f1fe13ebb42b54582ae42066b0.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
türkiyə, səudiyyə ərəbistanı, pua, bayraqdar, ər-riyad
türkiyə, səudiyyə ərəbistanı, pua, bayraqdar, ər-riyad
Türkiyə tarixinin müdafiə sahəsində ən böyük ixrac müqaviləsi imzalandı
Krallıq və Türkiyə arasında enerji, investisiya və müdafiə sahələrində birgə layihələrin həyata keçirilməsini nəzərdə tutan bir sıra saziş və anlaşma memorandumları imzalanıb.
BAKI, 18 iyul — Sputnik. Türkiyənin pilotsuz uçuş aparatları (PUA) istehsalçısı Baykar, Səudiyyə Ərəbistanı ilə hücum dronlarının tədarükü və əməkdaşlıq haqqında müqavilə imzaladığını təsdiqləyib.
"Daha bir mühüm ixrac və əməkdaşlıq müqaviləsini uğurla imzaladıq. Baykar ilə Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi arasında Akıncı zərbə PUA-ları üçün ixrac müqaviləsi imzaladıq. Akıncı Səudiyyə Ərəbistanı Krallığının Hərbi Hava və Hərbi Dəniz Qüvvələrində istifadə ediləcək", - şirkətin açıqlamasında deyilir.
Şirkətin baş direktoru Haluk Bayraktar da öz növbəsində Ər-Riyadla imzalanan müqavilənin Türkiyə Cümhuriyyəti tarixində təyyarə istehsalı və müdafiə sahəsində ən böyük ixrac müqaviləsi olmasına diqqət çəkib.
Səudiyyə mətbuatı daha əvvəl xəbər vermişdi ki, krallıq və Türkiyə arasında enerji, investisiya və müdafiə sahələrində birgə layihələrin həyata keçirilməsini nəzərdə tutan bir sıra saziş və anlaşma memorandumları imzalanıb. Sənədlərin imzalanması Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Fars körfəzi ölkələrinə səfəri çərçivəsində Səudiyyə Ərəbistanına səfəri zamanı baş tutub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.