DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Türkiyə ilə münasibətləri normallaşdırmaq üzrə danışıqların vaxtı çatıb - Mirzoyan

© Sputnik / Evgeniy Biyatov / Mediabanka keçidErmənistan XİN başçısı Ararat Mirzoyan
Ermənistan XİN başçısı Ararat Mirzoyan - Sputnik Azərbaycan, 1920, 18.07.2023
Abunə olmaq
Ermənistan XİN başçısı Vyanada avstriyalı həmkarı Aleksandr Şallenberqlə keçirdiyi brifinqdə deyib ki, hər iki tərəf yekun və tam normallaşma yolunda olduğunu göstərmək üçün konkret addımlar ata bilər.
BAKI, 18 iyul - Sputnik. Türkiyə ilə münasibətlərdə durğunluq ola bilsin ki, seçki kampaniyası ilə bağlı olub.
Sputnik Ermənistan-ın xəbərinə görə, bu barədə Ararat Mirzoyan Vyanada avstriyalı həmkarı Aleksandr Şallenberqlə keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, hər iki tərəf indi konkret addımlar ata bilər.
"İndi münasibətlərin normallaşdırılması üzrə danışıqları davam etdirməyin vaxtı çatıb. Hər iki tərəf yekun və tam normallaşma yolunda olduğunu göstərmək üçün konkret addımlar ata bilər”, - A.Mirzoyan bildirib.
O, belə mümkün addımlar sırasında diplomatik münasibətlərin qurulmasını və sərhədlərin ilk növbədə üçüncü ölkə vətəndaşları, eləcə də diplomatik pasportlara malik Ermənistan və Türkiyə vətəndaşları üçün açılmasını qeyd edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0