Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Tokay Məmmədovun tunc dövrü: məşhur heykəltəraş öz həyat hekayəsini necə yazıb

© Sputnik / Валерий ШустовTokay Məmmədov
Tokay Məmmədov - Sputnik Azərbaycan, 1920, 18.07.2023
Abunə olmaq
Heykəltəraş Tokay Məmmədov 90 illik inanılmaz bir ömür yaşamış böyük şəxsiyyətdir. İlhamla dolu uzun ömrü ərzində o, Azərbaycanın görkəmli şəxsiyyətlərinin portretlərindən ibarət bütöv bir qalereya yaradıb.
BAKI, 18 iyul — Sputnik. Bir əsrə yaxın ömür yaşamış görkəmli Azərbaycan heykəltəraşı Tokay Məmmədov öz nəslinə qeyri-adi bir mesaj qoyub - o, son əsərini tarixi şəxsiyyətlərə deyil, xalq dastanından olan nəcib quldura ithaf edib.
Vətənində heykəltəraş Tokay Məmmədov milli təsviri sənətin inkişafına mütləq təsir göstərmiş əfsanə və ustad kimi ehtiramla yad edilir. Onun monumental yaradıcılığı ilə sovet dövründən bu günə qədər tarixin səhifələrini izləmək olar. O, Bakının müasir görkəminin yaradıcısıdır. Bu, 90 illik inanılmaz bir ömür yaşamış böyük şəxsiyyətdir.
Tokay Məmmədov Bakıda doğulub və elə Bakıda da vəfat edib. Onun həyatı 1927-ci il iyulun 18-dən 2018-ci il mayın 2-dək davam edib və dönüş nöqtələri ilə dolu olub. Tokayın anası Qafqazın məşhur neft milyonçusu və xeyriyyəçi Zeynalabdin Tağıyevlə qohumluq əlaqəsi olan tanınmış ailədən idi. Uşaqlığı qubernatorların, çoxsaylı musiqi, dil və rəsm müəllimlərinin əhatəsində keçən Zivər Tağıyeva (Məmmədova) sonralar Azərbaycanda ilk qadın heykəltəraş oldu. Tokay Məmmədovun atası Rusiyada təhsil almış və Politexnik İnstitutunda professor işləyən Həbib Məmmədov olub.
© Photo : APATokay Məmmədov
Токай Мамедов - Sputnik Azərbaycan, 1920, 17.07.2023
Tokay Məmmədov
Gələcək heykəltəraş yaradıcılıq mühitində böyüyüb, həm də həyat yoldaşı olaraq əfsanəvi general-leytenant Ərəblinskinin nəvəsi Aida xanım Abdullayeva kimi nəcib və yaradıcı təbiətli bir xanımı seçib. Sonra Aida arfa alətinin ifasında zirvələri fəth edib Azərbaycanın əməkdar artisti olacaq.
Tokay özünün ilk rəsm dərslərini anasından alıb, daha sonra İlya Repin adına Sankt-Peterburq Rəssamlıq Akademiyasında təhsil alıb. Sonra o, İtaliyada təcrübə keçərək Bakıya qayıdıb, daha sonra Azərbaycan Dövlət İncəsənət Akademiyasında heykəltəraşlıq kafedrasına rəhbərlik edib.
İlhamla dolu uzun ömrü ərzində Tokay Məmmədov Azərbaycanın görkəmli şəxsiyyətlərinin portretlərindən ibarət bütöv bir qalereya yaradıb. Heykəltəraş yaradıcı insanları, musiqiçiləri, şairləri, mütəfəkkirləri təsvir etməyi xoşlayırdı. O, əsasən tunc, mərmər və qranit üzərində işləyirdi, eyni zamanda taxta sevgisi də var idi. Ağacın xüsusiyyətlərindən, zəngin, gözəl quruluşundan istifadə edən Tokay Məmmədov heykəltəraşlıq formalarının zərifliyinə nail olub.
Məmmədovun kəsici alətinin altından onlarla əsər çıxıb, lakin biz xüsusi adlandırılan iki əsər üzərində dayanmaq qərarına gəldik. Bu dahi Azərbaycan bəstəkarı, ilk operanın müəllifi Üzeyir Hacıbəylinin və ustad əlinin son yaradıcılığının abidəsi - nəcib quldur, xalq dastanı qəhrəmanı Koroğlunun abidəsidir.
Baş əsər
1960-cı ildə Bakı Konservatoriyasının binası qarşısında qoyulan Üzeyir Hacıbəylinin abidəsini tarixçilər belə adlandırırlar. Abidə tuncdan hazırlanıb və hündürlüyü 3 metrə yaxındır.
Məmmədovun yaradıcılığındakı bu baş əsərin tarixi bilavasitə anası Zivərlə bağlıdır. Zivər tanınmış heykəltəraş olmaqla yanaşı, həm də əla skripka ifaçısı idi. Məhz musiqi sayəsində o, Üzeyir Hacıbəyli ilə tanış olub və hətta onun rəhbərlik etdiyi orkestrdə ilk skripkaçı olub. Bu, dahi bəstəkarın ailədə niyə belə hörmətə malik olduğunu izah edir. Onun ilk büstünü Zivər Məmmədova özü yaradıb, əsər uzun müddət konservatoriyanın foyesində yer alıb. Bir müddət sonra Tokay Məmmədov bəstəkarın abidəsinin yaradılması üzərində özü işə başlayacaq. Bu gün bu monumental heykəl binanın girişinin qarşısındakı meydanı bəzəyir və onun bütün irsi arasında ən yaxşı əsər hesab olunur. Üzeyir Hacıbəylinin heykəli bürüncdən möhkəm postament üzərində yaradılıb, qəhrəman düşüncəli pozada oturaraq təsvir edilib və dərin təəssürat yaradır. Heykəlin üzərində iş iki il çəkib və müəllifinə şöhrət gətirib. Tokay Məmmədov sanki anasından estafeti qəbul edərək işini layiqincə davam etdirib.
© Sputnik / Murad OrujovBakı Konservatoriyasının binası qarşısında qoyulan Üzeyir Hacıbəylinin abidəsi
Памятник Узеиру Гаджибекову в Баку - Sputnik Azərbaycan, 1920, 17.07.2023
Bakı Konservatoriyasının binası qarşısında qoyulan Üzeyir Hacıbəylinin abidəsi
Maraqlıdır ki, milli tarixi şəxsiyyətlərin portretlərindən ibarət böyük qalereyada Məmmədovun ümumi sıradan fərqlənən iki büstü var. Bunlar həm də "musiqili" abidələrdir - Polşa bəstəkarı Fridrix Şopenin və Avstriya bəstəkarı Amadeus Motsartın. Hər iki əsər yenə də bu iki bəstəkarın pərəstişkarı olan anasının dühasına istinad edir.
Ustadın son işi
Əzəmətli atlı heykəli - Koroğlu ustadın son əsəri idi. Onu "yaradıcılığın mükəmməl nümunəsi" adlandırırlar. Bu, xalq eposunun qəhrəmanı, Koroğlunun abidəsidir.
Tokay Məmmədovun monumental yaradıcılığının kulminasiya nöqtəsinə çatması 30 il çəkdi. Müxtəlif variantlar yaradılmışdı. Və yalnız 2012-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə abidənin rəsmi açılışı oldu. Onun hündürlüyü yerdən 23 metrdir. Qılıncını qaldırmış ədalətli, cəsarətli, qorxmaz bir qəhrəman, atın üstündə buludlara doğru istiqamət alıb.
Памятник Кёроглы в Баку - Sputnik Azərbaycan, 1920, 17.07.2023
Koroğlu heykəli
Koroğlu obrazı xalqın qəhrəman, ədalətli və vicdanlı hökmdar idealını təcəssüm etdirir. Məmmədovun yaradıcılığı nəsillərə əsl dəyərlərin, doğma torpağa, öz tarixinə məhəbbətin xatırlanması kimidir. Yeri gəlmişkən, Koroğlu haqqında operanı da həmin bəstəkar Üzeyir Hacıbəyli yazıb.
Sonda onu da əlavə etmək yerinə düşər ki, monumental heykəltəraş Tokay Məmmədov sağlığında çoxlu sayda titul və mükafatlara sahib olub. Azərbaycan SSR xalq artisti (1973), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1962), SSRİ Dövlət mükafatı (1978) və "Şərəf" ordenlərini (2012) alıb. O, Azərbaycan Rəssamlar İttifaqının idarə heyətinin sədri, Rusiya Rəssamlıq Akademiyasının əcnəbi üzvü olub. Böyük şəxsiyyətlərin unudulmaz obrazlarını monumental abidələrdə təcəssüm etdirən Tokay Məmmədov Azərbaycan mədəniyyəti xəzinəsini zənginləşdirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0