Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

SOCAR və BP İsraildə qaz kəşfiyyatı üçün birgə ərizə təqdim edib

© Photo : SOCARSOCAR-ın prezidenti “Türkmənistanın nefti və qazı – 2022” beynəlxalq sərgi və konfransına qatılıb
SOCAR-ın prezidenti “Türkmənistanın nefti və qazı – 2022” beynəlxalq sərgi və konfransına qatılıb - Sputnik Azərbaycan, 1920, 18.07.2023
Abunə olmaq
Söhbət burada aşkarlanan "Leviafan" və "Tamar" yataqlarının yaxınlığında yerləşən bloklarda təbii qaz ehtiyatları ilə bağlı kəşfiyyat işlərindən gedir.
BAKI, 18 iyul — Sputnik. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Böyük Britaniyanın BP şirkəti ilk dəfə olaraq İsrailin Aralıq dənizindəki dəniz zonasında təbii qazın kəşfiyyatı üçün lisenziyanın verilməsi üzrə tenderdə iştirak ediblər. Bu barədə "Reuters" xəbər verir.
Bildirilir ki, söhbət burada aşkarlanan "Leviafan" və "Tamar" yataqlarının yaxınlığında yerləşən bloklarda təbii qaz ehtiyatları ilə bağlı kəşfiyyat işlərindən gedir.
BP və SOCAR İsrailin "NewMed Energy" şirkəti ilə birlikdə ötən bazar günü başa çatan dördüncü lisenziyalaşdırma mərhələsində iki dəniz bloku üçün müraciət edib.
"NewMed" artıq "Leviafan" yatağında təbii qaz hasilatı ilə məşğuldur. Şirkət bu yataqda 45 %-dən çox paya sahibdir.
Hərracın qalibləri bu ilin dördüncü rübündə açıqlanacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0