CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şahin Mustafayevə yeni vəzifə verilib

© Sputnik / Murad OrujovВице-премьер Азербайджана Шахин Мустафаев
Вице-премьер Азербайджана Шахин Мустафаев - Sputnik Azərbaycan, 1920, 18.07.2023
Abunə olmaq
Prezident "Təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarının təmin edilməsi sahəsində dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsi üzrə Koordinasiya Komissiyası haqqında Əsasnamə"ni təsdiq edib.
BAKI, 18 iyul - Sputnik. Təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarının təmin edilməsi sahəsində dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsi üzrə Koordinasiya Komissiyasının tərkibi və sədri müəyyənləşib.
Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla Təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarının təmin edilməsi sahəsində dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsi üzrə Koordinasiya Komissiyasının tərkibinə dəyişiklik edilib.
Fərmana əsasən Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Koordinasiya Komissiyasının sədri olub.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri (Anar Quliyev - red.) və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri (Zaur Mikayılov - red.) Komissiyanın üzvləri sırasına daxil edilib.
***
Prezident İlham Əliyev “Təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarının təmin edilməsi sahəsində dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsi üzrə Koordinasiya Komissiyası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə fərman imzalayıb.
Əsasnaməyə əsasən, Komissiya hər ötən ildəki fəaliyyəti və görülmüş işlər barədə növbəti ilin birinci rübündə Azərbaycan Respublikasının Prezidentinə hesabat təqdim edir.
Komissiyanın üzərində Azərbaycan Respublikası Dövlət Gerbinin təsviri və öz adı həkk olunmuş blankı və möhürü vardır.
Komissiya aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir:
- müvafiq sahə ilə bağlı fəaliyyətin təşkili, mütəmadi təhlillər aparılması və qabaqlayıcı tədbirlər görülməsi üçün təkliflər hazırlanması;
- müvafiq sahədə fəaliyyət göstərən dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsi, birgə tədbirlərin planlaşdırılması və həyata keçirilməsi;
- müvafiq sahədə fəaliyyət göstərən dövlət orqanları (qurumları) tərəfindən obyektlərdə keçirilən monitorinqlərin nəticələrinin təhlili və qiymətləndirilməsi əsasında təkliflər hazırlanması;
- beynəlxalq təcrübə nəzərə alınmaqla, müvafiq sahədə normativ hüquqi bazanın təkmilləşdirilməsi və tətbiqi sahəsində əlaqələndirmə işinin təşkili.
Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Komissiyanın vəzifələri aşağıdakılardır:
- Komissiyanın üzvü olan dövlət orqanları (qurumları) tərəfindən obyektlərdə baş verə biləcək qəza risklərinin müəyyən olunması, qiymətləndirilməsi və gələcək risklərin proqnozlaşdırılması sahəsində aparılan mütəmadi təhlillər əsasında təkliflər hazırlamaq və görülən işlərin əlaqələndirilməsini təmin etmək;
- müvafiq sahədə qabaqlayıcı tədbirlər görülməsi məqsədilə müvafiq dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsini, birgə tədbirlərin planlaşdırılmasını təmin etmək, onlar arasında operativ və səmərəli məlumat mübadiləsini təşkil etmək;
- müvafiq sahədə texniki reqlamentlərin müəyyən olunması işlərini əlaqələndirmək;
- müvafiq sahə üzrə mütəxəssislərə olan ehtiyacı araşdırmaq və mövcud vəziyyəti qiymətləndirmək, elmi, texniki və kadr potensialının genişləndirilməsi məqsədilə təkliflər hazırlamaq və bununla bağlı müvafiq işləri əlaqələndirmək;
- müvafiq dövlət orqanları (qurumları) tərəfindən obyektlərdə keçirilən monitorinqlərin nəticələrinin təhlili və qiymətləndirilməsi əsasında təkliflər hazırlamaq;
-Komissiya üzvləri olan dövlət orqanlarının (qurumlarının) fəaliyyət istiqamətlərinə aid sahələrdə həmin dövlət orqanlarının (qurumlarının) mütəxəssislərindən ibarət daimi fəaliyyət göstərən aşağıdakı işçi qrupların yaradılmasını və fəaliyyətini təmin etmək:
- təhlükə potensiallı obyektlərdə keçirilən monitorinqlərin nəticələrinin təhlili və qiymətləndirilməsi üzrə;
- müvafiq texniki reqlamentlərin müəyyən olunması istiqamətində fəaliyyətin əlaqələndirilməsi üzrə;
- beynəlxalq təcrübə nəzərə alınmaqla, təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarı sahəsində mövcud normativ hüquqi bazanın təkmilləşdirilməsi üzrə;
- müvafiq sahə ilə bağlı daxil olmuş layihələri, müraciətləri, texniki şərtləri və təklifləri ümumiləşdirərək təhlil etmək;
- obyektlərin texniki təhlükəsizlik bəyannaməsinin hazırlanması ilə bağlı metodiki tövsiyələr hazırlamaq;
- müvafiq sahədə beynəlxalq təcrübənin öyrənilməsi və təcrübə mübadiləsinin həyata keçirilməsi işini əlaqələndirmək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0