SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İraq Kürdüstanının başçısı Azərbaycana gəlib

© Photo : AZƏRTACİraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani
İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani - Sputnik Azərbaycan, 1920, 18.07.2023
Abunə olmaq
Səfər zamanı Azərbaycanla ikitərəfli münasibətlərin və qarşılıqlı əməkdaşlığın gələcək inkişaf yollarının müzakirə ediləcəyi gözlənilir.
BAKI, 18 iyul — Sputnik. İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani Azərbaycana səfərə gəlib.
Bu barədə İraq Kürdüstan Regionunun KİV-ləri məlumat yayıb.
Səfər zamanı Azərbaycanla ikitərəfli münasibətlərin və qarşılıqlı əməkdaşlığın gələcək inkişaf yollarının müzakirə ediləcəyi gözlənilir.
Qeyd edək ki, cari ilin fevralın 18-də Azərbaycan Prezidenti İlham Əliyevlə İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani arasında görüş olub.
Neçirvan Bərzani Azərbaycanla İraqın Kürdüstan regionu arasında əlaqələrin inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu deyib.
O, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi nailiyyətlər münasibətilə təbriklərini çatdırıb, dövlətimizin başçısının uzaqgörən siyasəti nəticəsində ölkəmizin uğurla inkişaf etdiyini vurğulayıb.
Azərbaycanla Türkiyə arasında qardaşlıq əlaqələrinin mövcud olduğunu bildirən dövlət başçısı bu çərçivədə üçtərəfli əməkdaşlıq mexanizmlərinin perspektivdə nəzərdən keçirilə biləcəyini deyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0