CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Beynəlxalq axtarışa verilmiş şəxslər Rusiyadan Azərbaycana ekstradisiya edilib

© AFP 2024 / MARVIN RECINOSМужчина в наручниках в полицейском участке, фото из архива
Мужчина в наручниках в полицейском участке, фото из архива - Sputnik Azərbaycan, 1920, 18.07.2023
Abunə olmaq
Dələduzluq edən və vergidən yayınan şəxslər istintaqdan qaçıb gizləndikləri üçün beynəlxalq axtarışa veriliblər.
BAKI, 18 iyul — Sputnik. Baş Prokurorluğun vəsatəti əsasında Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən Azərbaycan Respublikası vətəndaşları İsmayılov Mahmud Elman oğlu, Nəsirov-Zibai Ceyhun İbrahim oğlu və Babaşov Azad Vaqif oğlunun ölkəmizə ekstradisiyası haqqında qərar qəbul edilib.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən xəbərə görə, Mahmud İsmayılov və Azad Babaşovun xeyli miqdarda ziyan vurmaqla dələduzluq, Ceyhun Nəsirov-Zibainin isə xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma cinayətlərini törətmələrinə əsaslı şübhələr müəyyən edilib. Onlar barəsində təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar qəbul olunmaqla istintaqdan qaçıb gizləndikləri üçün beynəlxalq axtarışa veriliblər.
Qeyd olunan şəxslər Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Rusiya Federasiyasından ölkəmizə gətirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0