SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Bərzaninin Bakı səfəri başa çatıb

© Photo : AZERTACİraq Kürdüstan Regionunun başçısı İçərişəhərlə tanış olub
İraq Kürdüstan Regionunun başçısı İçərişəhərlə tanış olub - Sputnik Azərbaycan, 1920, 18.07.2023
Abunə olmaq
Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
BAKI, 18 iyul - Sputnik. İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzaninin Azərbaycan Respublikasına işgüzar səfəri iyulun 18-də başa çatıb.
Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzanini hava limanında Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov və digər rəsmi şəxslər yola saldılar.
Qeyd edək ki, Bərzani iyulun 18-də Bakıya gəlib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə işgüzar səfərdə olan İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani ilə təkbətək görüşü olub.
Sonra Neçirvan Bərzaninin rəhbərlik etdiyi nümayəndə heyəti dünya mədəni irs abidələri sırasında yer alan İçərişəhərlə tanış olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Azərbaycan Prezidenti İlham Əliyevin İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani - Sputnik Azərbaycan, 1920, 18.07.2023
SİYASƏT
Bərzaninin Bakı səfəri və İlham Əliyevlə təmasları nəyə xidmət edir?
Xəbər lenti
0