https://sputnik.az/20230718/azerbaycana-xaricden-getirilen-et-bahalasib---dxalda-artim-var-456875923.html
Azərbaycana xaricdən gətirilən ət bahalaşıb - İdxalda artım var
Azərbaycana xaricdən gətirilən ət bahalaşıb - İdxalda artım var
Sputnik Azərbaycan
Bu ilin 6 ayında ölkəyə ət idxalı dəyər ifadəsində 19,2%, miqdar ifadəsində isə 6% artıb. 18.07.2023, Sputnik Azərbaycan
2023-07-18T09:29+0400
2023-07-18T09:29+0400
2023-07-18T09:29+0400
ət
iqtisadiyyat
idxal
qiymət
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/1b/437643343_0:0:3483:1959_1920x0_80_0_0_634819625ff859323aa319fbb5d73fc1.jpg
BAKI, 18 iyul — Sputnik. Bu il Azərbaycana xaricdən gətirilən ət bahalaşıb. Sputnik Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına istinadla xəbər verir ki, 2023-cü ilin yanvar-iyun aylarında Azərbaycana 40 milyon 449 min dollar dəyərində 21 min 396 ton ət idxal edilib. Ət idxalı artıb və qiymət bahalaşıb Bu ilin 6 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə ət idxalı dəyər ifadəsində 19,2%, miqdar ifadəsində 6% artıb. 2023-cü ilin 6 ayında 1 ton ətin orta idxal qiyməti 1890 dollar olub. 2022-ci ilin 6 ayında isə 1 ton ətin orta idxal qiyməti 1681 dollar idi. Beləliklə, bu il ətin orta idxal qiyməti 209 dollar bahalaşıb. Ölkədə ət istehsalı artıb Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin yanvar-iyun aylarında ölkədə diri çəkidə 285,4 min ton ət istehsal edilib. 2022-ci ilin müvafiq dövrünə nisbətən bu il ət istehsalı 3,1% artıb. Son 1 ildə dünyada ət 6,4% ucuzlaşıb BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) dünya ərzaq qiymətləri indeksinə görə, iyun ayında aylıq müqayisədə ətin qiyməti cüzi aşağı düşüb, illik müqayisədə isə 6,4% ucuzlaşıb. İyun ayında mal əti bir qədər ucuzlaşsa da, donuz əti və quş əti bahalaşıb. Onu da əlavə edək ki, bu il ölkədə ətin qiymətlərində bahalaşma qeydə alınıb. Cari ilin yanvar-iyun aylarında ət idxalı ümumi idxalın 0,49%-nə bərabər olub.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/1b/437643343_447:0:3178:2048_1920x0_80_0_0_0004a7b3ac92025b826cb52874af1b62.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
ət, idxal, qiymət
Azərbaycana xaricdən gətirilən ət bahalaşıb - İdxalda artım var
Bu ilin 6 ayında ölkəyə ət idxalı dəyər ifadəsində 19,2%, miqdar ifadəsində isə 6% artıb.
BAKI, 18 iyul — Sputnik. Bu il Azərbaycana xaricdən gətirilən ət bahalaşıb. Sputnik Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına istinadla xəbər verir ki, 2023-cü ilin yanvar-iyun aylarında Azərbaycana 40 milyon 449 min dollar dəyərində 21 min 396 ton ət idxal edilib.
Ət idxalı artıb və qiymət bahalaşıb
Bu ilin 6 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə ət idxalı dəyər ifadəsində 19,2%, miqdar ifadəsində 6% artıb.
2023-cü ilin 6 ayında 1 ton ətin orta idxal qiyməti 1890 dollar olub. 2022-ci ilin 6 ayında isə 1 ton ətin orta idxal qiyməti 1681 dollar idi. Beləliklə, bu il ətin orta idxal qiyməti 209 dollar bahalaşıb.
Ölkədə ət istehsalı artıb
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin yanvar-iyun aylarında ölkədə diri çəkidə 285,4 min ton ət istehsal edilib. 2022-ci ilin müvafiq dövrünə nisbətən bu il ət istehsalı 3,1% artıb.
Son 1 ildə dünyada ət 6,4% ucuzlaşıb
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) dünya ərzaq qiymətləri indeksinə görə, iyun ayında aylıq müqayisədə ətin qiyməti cüzi aşağı düşüb, illik müqayisədə isə 6,4% ucuzlaşıb. İyun ayında mal əti bir qədər ucuzlaşsa da, donuz əti və quş əti bahalaşıb.
Onu da əlavə edək ki, bu il ölkədə ətin qiymətlərində bahalaşma qeydə alınıb. Cari ilin yanvar-iyun aylarında ət idxalı ümumi idxalın 0,49%-nə bərabər olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.