https://sputnik.az/20230718/azerbaycan-ve-turkiye-parlamentlerinin-rehberleri-bakida-gorusubler-456918648.html
Azərbaycan və Türkiyə parlamentlərinin rəhbərləri Bakıda görüşüblər
Azərbaycan və Türkiyə parlamentlərinin rəhbərləri Bakıda görüşüblər
Sputnik Azərbaycan
Sahibə Qafarova Ermənistanın bölgədə yaranmış yeni reallıqları nəzərə alacağına və Azərbaycanın sülh təşəbbüsünü lazımınca qiymətləndirəcəyinə inamını... 18.07.2023, Sputnik Azərbaycan
2023-07-18T16:51+0400
2023-07-18T16:51+0400
2023-07-18T16:51+0400
spiker
siyasət
sahibə qafarova
tbmm
https://cdnn1.img.sputnik.az/img/07e5/06/16/427284011_0:0:3069:1727_1920x0_80_0_0_308a900042de7892f64b2d31c38a1698.jpg
BAKI, 18 iyul — Sputnik. İyulun 18-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktayın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, spiker Sahibə Qafarova Türkiyə nümayəndə heyətini Milli Məclisdə salamlamaqdan məmnunluğunu bildirərək, Fuat Oktayın Türkiyənin vitse-prezidenti, həmçinin Türkiyə və Azərbaycan arasında İqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın həmsədri olduğu dövrdəki fəaliyyətini yüksək qiymətləndirib. Spiker qonağı TBMM-in Xarici əlaqələr komitəsinin sədri vəzifəsinə seçilməsi münasibətilə təbrik edib, Türkiyədə keçirilmiş seçkilərdə AKP-nin qələbəsinin, Rəcəb Tayyib Ərdoğanın yenidən dövlət başçısı seçilməsinin Azərbaycanda da diqqətlə izlənildiyini qeyd edib. Sahibə Qafarova bildirib ki, Milli Məclisin 30-a yaxın deputatı da müxtəlif beynəlxalq təşkilatların missiyaları çərçivəsində bu seçkiləri müşahidə ediblər. Söhbətdə Milli Məclisin sədri Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə son səfərinin əhəmiyyətini vurğulayıb, yüksək səviyyəli görüşlərin və danışıqların münasibətlərimizin inkişafındakı rolundan danışıb. İki ölkənin parlamentlərarası əlaqələrindən danışan spiker, qarşılıqlı dostluq qruplarının sıx əməkdaşlığını qeyd edib, bu ilin aprel ayında Azərbaycan Milli Məclisi ilə Türkiyə Böyük Millət Məclisi arasında imzalanmış Əməkdaşlıq haqqında Sazişin münasibətlərimizin inkişafına öz töhfəsini verəcəyinə inamını ifadə edib. O, 2014-cü ildə Azərbaycan-Türkiyə-Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin üçtərəfli əsasda əməkdaşlığının əsasının qoyulduğunu nəzərə çatdıraraq, indiyədək bu formatda 8 görüşün keçirilməsinin regional əməkdaşlıq baxımından əhəmiyyətini vurğulayıb. Söhbət zamanı spiker Sahibə Qafarova Ermənistanın bölgədə yaranmış yeni reallıqları nəzərə alacağına və Azərbaycanın sülh təşəbbüsünü lazımınca qiymətləndirəcəyinə inamını bildirib. Fuat Oktay Prezident İlham Əliyevlə dünən keçirdiyi görüş barədə təəssüratlarını bölüşüb. O, bildirib ki, iki ölkə arasında Şuşa Bəyannaməsi çərçivəsində yaradılmış müttəfiqlik çərçivəsi bizə çox ciddi fürsətlər verir. Fuat Oktay bu ilin fevral ayında Türkiyədə baş vermiş zəlzələ zamanı Azərbaycan dövlətinin və xalqının hər zaman olduğu kimi, Türkiyəyə qardaş dəstəyinə görə bir daha təşəkkürünü ifadə edib. Söhbət zamanı TBMM-in komitə sədri parlament diplomatiyasının əhəmiyyəti, TürkPA çərçivəsində əməkdaşlığın perspektivləri, ölkələrimiz arasında iqtisadi, ticarət, enerji, nəqliyyat və digər sahələrdə əlaqələrin daha da genişləndirilməsi, bölgədə həyata keçirilən nəhəng layihələr barədə fikirlərini bölüşüb. Görüşdə tərəfləri maraqlandıran digər mövzularda da fikir mübadiləsi aparılıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/06/16/427284011_0:0:2731:2048_1920x0_80_0_0_4cac4e20c79c5155f99a61e63776d208.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
spiker, sahibə qafarova, tbmm
spiker, sahibə qafarova, tbmm
Azərbaycan və Türkiyə parlamentlərinin rəhbərləri Bakıda görüşüblər
Sahibə Qafarova Ermənistanın bölgədə yaranmış yeni reallıqları nəzərə alacağına və Azərbaycanın sülh təşəbbüsünü lazımınca qiymətləndirəcəyinə inamını bildirib.
BAKI, 18 iyul — Sputnik. İyulun 18-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktayın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, spiker Sahibə Qafarova Türkiyə nümayəndə heyətini Milli Məclisdə salamlamaqdan məmnunluğunu bildirərək, Fuat Oktayın Türkiyənin vitse-prezidenti, həmçinin Türkiyə və Azərbaycan arasında İqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın həmsədri olduğu dövrdəki fəaliyyətini yüksək qiymətləndirib.
Spiker qonağı TBMM-in Xarici əlaqələr komitəsinin sədri vəzifəsinə seçilməsi münasibətilə təbrik edib, Türkiyədə keçirilmiş seçkilərdə AKP-nin qələbəsinin, Rəcəb Tayyib Ərdoğanın yenidən dövlət başçısı seçilməsinin Azərbaycanda da diqqətlə izlənildiyini qeyd edib. Sahibə Qafarova bildirib ki, Milli Məclisin 30-a yaxın deputatı da müxtəlif beynəlxalq təşkilatların missiyaları çərçivəsində bu seçkiləri müşahidə ediblər.
Söhbətdə Milli Məclisin sədri Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə son səfərinin əhəmiyyətini vurğulayıb, yüksək səviyyəli görüşlərin və danışıqların münasibətlərimizin inkişafındakı rolundan danışıb.
İki ölkənin parlamentlərarası əlaqələrindən danışan spiker, qarşılıqlı dostluq qruplarının sıx əməkdaşlığını qeyd edib, bu ilin aprel ayında Azərbaycan Milli Məclisi ilə Türkiyə Böyük Millət Məclisi arasında imzalanmış Əməkdaşlıq haqqında Sazişin münasibətlərimizin inkişafına öz töhfəsini verəcəyinə inamını ifadə edib. O, 2014-cü ildə Azərbaycan-Türkiyə-Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin üçtərəfli əsasda əməkdaşlığının əsasının qoyulduğunu nəzərə çatdıraraq, indiyədək bu formatda 8 görüşün keçirilməsinin regional əməkdaşlıq baxımından əhəmiyyətini vurğulayıb. Söhbət zamanı spiker Sahibə Qafarova Ermənistanın bölgədə yaranmış yeni reallıqları nəzərə alacağına və Azərbaycanın sülh təşəbbüsünü lazımınca qiymətləndirəcəyinə inamını bildirib.
Fuat Oktay Prezident İlham Əliyevlə dünən keçirdiyi görüş barədə təəssüratlarını bölüşüb. O, bildirib ki, iki ölkə arasında Şuşa Bəyannaməsi çərçivəsində yaradılmış müttəfiqlik çərçivəsi bizə çox ciddi fürsətlər verir.
Fuat Oktay bu ilin fevral ayında Türkiyədə baş vermiş zəlzələ zamanı Azərbaycan dövlətinin və xalqının hər zaman olduğu kimi, Türkiyəyə qardaş dəstəyinə görə bir daha təşəkkürünü ifadə edib.
Söhbət zamanı TBMM-in komitə sədri parlament diplomatiyasının əhəmiyyəti, TürkPA çərçivəsində əməkdaşlığın perspektivləri, ölkələrimiz arasında iqtisadi, ticarət, enerji, nəqliyyat və digər sahələrdə əlaqələrin daha da genişləndirilməsi, bölgədə həyata keçirilən nəhəng layihələr barədə fikirlərini bölüşüb. Görüşdə tərəfləri maraqlandıran digər mövzularda da fikir mübadiləsi aparılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.