https://sputnik.az/20230718/a-ile-elaqeler-azerbaycana-sermaye-qoyusuluna-tekan-verecek-456909707.html
Aİ ilə əlaqələr Azərbaycana sərmayə qoyuşuluna təkan verəcək
Aİ ilə əlaqələr Azərbaycana sərmayə qoyuşuluna təkan verəcək
Sputnik Azərbaycan
"Fitch Solutions"un Azərbaycan barədə hazırkı inkişaf proqnozu ölkənin Avropa üçün etibarlı alternativ enerji mənbəyinə çevrilməsi fonundadır. 18.07.2023, Sputnik Azərbaycan
2023-07-18T14:30+0400
2023-07-18T14:30+0400
2023-07-18T14:30+0400
ai
iqtisadiyyat
ticarət
beynəlxalq valyuta fondu
avropa yenidənqurma və inkişaf bankı
https://cdnn1.img.sputnik.az/img/07e6/07/13/444153789_0:160:3072:1888_1920x0_80_0_0_b66a80fb239ff638a0d9ccf437710cdc.jpg
BAKI, 18 iyul — Sputnik. "Fitch Solutions" neft qiymətlərində aşağı tendensiyanın davam etməsi fonunda Azərbaycanın iqtisadi artım proqnozunu yenidən qiymətləndirəcək. Bunu "Fitch Solutions" beynəlxalq reytinq agentliyinin Avropa ölkələri üzrə risk rəhbəri Anvita Basu deyib. O bildirib ki, Azərbaycan iqtisadiyyatı neftlə əlaqəli olduğu üçün qiymətlərdə azalma "Fitch Solutions"un ölkənin iqtisadi artımla bağlı proqnozuna təsir edəcək: ""Fitch Solutions"un Azərbaycan üçün hazırkı inkişaf proqnozu ölkənin Avropa üçün etibarlı alternativ enerji mənbəyinə çevrilməsi fonunda Avropa İttifaqı ilə artan ticarət əlaqələri ilə bağlıdır. Tələbin nisbətən dəyişkən olması, Avropanın zəif inkişaf perspektivi enerjiyə artan ehtiyaca əhəmiyyətli dərəcədə təsir göstərməyəcək. Bu isə Azərbaycana sərmayə qoyuluşuna təkan verəcək, inflyasiyanın tədricən aşağı düşməsinə şərait yaradacaq, eyni zamanda ölkədə iqtisadi artımı dəstəkləyəcək". "Beynəlxalq Valyuta Fondu və Avropa Yenidənqurma və İnkişaf Bankı 2023-cü il üçün Azərbaycanda ÜDM-in artımı ilə bağlı proqnozunu 2-2,5% civarında müəyyən edib. "Fitch Solutions" da proqnozunu həmin səviyyələrə endirməyə çalışacaq" - Anvita Basu əlavə edib. Qeyd edək ki, "Fitch Solutions"un Azərbaycanda ÜDM-in artımı ilə bağlı cari proqnozu 3,53% təşkil edir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/07/13/444153789_171:0:2902:2048_1920x0_80_0_0_0492c232019f2cfe7ad5393828ba01d0.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ai, ticarət, beynəlxalq valyuta fondu, avropa yenidənqurma və inkişaf bankı
ai, ticarət, beynəlxalq valyuta fondu, avropa yenidənqurma və inkişaf bankı
Aİ ilə əlaqələr Azərbaycana sərmayə qoyuşuluna təkan verəcək
"Fitch Solutions"un Azərbaycan barədə hazırkı inkişaf proqnozu ölkənin Avropa üçün etibarlı alternativ enerji mənbəyinə çevrilməsi fonundadır.
BAKI, 18 iyul — Sputnik. "Fitch Solutions" neft qiymətlərində aşağı tendensiyanın davam etməsi fonunda Azərbaycanın iqtisadi artım proqnozunu yenidən qiymətləndirəcək.
Bunu "Fitch Solutions" beynəlxalq reytinq agentliyinin Avropa ölkələri üzrə risk rəhbəri Anvita Basu deyib.
O bildirib ki, Azərbaycan iqtisadiyyatı neftlə əlaqəli olduğu üçün qiymətlərdə azalma "Fitch Solutions"un ölkənin iqtisadi artımla bağlı proqnozuna təsir edəcək:
""Fitch Solutions"un Azərbaycan üçün hazırkı inkişaf proqnozu ölkənin Avropa üçün etibarlı alternativ enerji mənbəyinə çevrilməsi fonunda Avropa İttifaqı ilə artan ticarət əlaqələri ilə bağlıdır. Tələbin nisbətən dəyişkən olması, Avropanın zəif inkişaf perspektivi enerjiyə artan ehtiyaca əhəmiyyətli dərəcədə təsir göstərməyəcək. Bu isə Azərbaycana sərmayə qoyuluşuna təkan verəcək, inflyasiyanın tədricən aşağı düşməsinə şərait yaradacaq, eyni zamanda ölkədə iqtisadi artımı dəstəkləyəcək".
"Beynəlxalq Valyuta Fondu və Avropa Yenidənqurma və İnkişaf Bankı 2023-cü il üçün Azərbaycanda ÜDM-in artımı ilə bağlı proqnozunu 2-2,5% civarında müəyyən edib. "Fitch Solutions" da proqnozunu həmin səviyyələrə endirməyə çalışacaq" - Anvita Basu əlavə edib.
Qeyd edək ki, "Fitch Solutions"un Azərbaycanda ÜDM-in artımı ilə bağlı cari proqnozu 3,53% təşkil edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.