Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Təhsil müəssisəsindəki qanunsuzluqlarla bağlı cinayət işi başlanıb

© Depositphotos.com / Garloonməhkəmə
məhkəmə - Sputnik Azərbaycan, 1920, 17.07.2023
Abunə olmaq
Yevlax məktəbində işə gəlməyən və tədris olunmayan fənlərə görə əməkhaqqı ödənilməsi, təhsil alan şagirdlərin sayının olduğundan çox göstərilməsi və digər yollarla dövlət büdcəsinə maddi ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.
BAKI, 17 iyul — Sputnik. Təhsil müəssisəsində baş verən qanunsuzluqlarla bağlı cinayət işi başlanıb. Yevlax rayon prokurorluğundan verilən xəbərə görə, Yevlax rayon Qaraməmmədli kənd tam orta məktəbində yol verilən qanunsuzluqlar barədə daxil olmuş vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.
Araşdırma zamanı məktəbin vəzifəli şəxsləri tərəfindən 2019-cu ilin sentyabr ayından 2023-cü ilin iyul ayınadək olan müddətdə faktiki olaraq işə gəlməyən və tədris olunmayan fənlərə görə əməkhaqqı ödənilməsi, məktəbdə təhsil alan şagirdlərin sayının olduğundan çox göstərilməsi və digər yollarla dövlət büdcəsinə ümumilikdə 132 min manatdan artıq maddi ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Yevlax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0