https://sputnik.az/20230717/tebb-in-idareetmesine-3000-e-yaxin-tibb-muessisesi-verilib-456874156.html
TƏBİB-in idarəetməsinə 3000-ə yaxın tibb müəssisəsi verilib
TƏBİB-in idarəetməsinə 3000-ə yaxın tibb müəssisəsi verilib
Sputnik Azərbaycan
Plan üzrə hal-hazırda bəzi tibb müəssisələrində artıq Rentgen, KT və MRT cihazları tam yenilənib. 17.07.2023, Sputnik Azərbaycan
2023-07-17T14:24+0400
2023-07-17T14:24+0400
2023-07-17T14:24+0400
səhiyyə
təbib
tibb
müəssisə
https://cdnn1.img.sputnik.az/img/07e5/04/01/426592419_0:0:3072:1728_1920x0_80_0_0_3b164d8d5d7a0199f2e9c8dc392596bc.jpg
BAKI, 17 iyul - Sputnik. "Bugünədək xidmətlər zərfində olan xidmətlərin 80%-i vətəndaşlara təqdim olunmaqda idi. Bugün aparılan kadr islahatları, maddi texniki bazanın gücləndirilməsi ilə xidmətlər zərfində olan 2550 xidmətin (100%-i) hamısı dövlət tibb müəssisələrində vətəndaşlara təqdim olunur. Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu TƏBİB-in Strategiya və layihələr şöbəsinin müdiri Fəqan Həsənzadə bildirib. O qeyd edib ki, TƏBİB-in idarəetməsinə 3000-ə yaxın tibb müəssisəsi verilib. TƏBİB optimallaşdırma işləri ilə bu tibb müəssisələrini 91 PHŞ statusu altında mərkəzləşdirib. Bundan başqa Bakı şəhərinin hər rayonunda 11 tibb mərkəzi yaradılıb. Bakı ərazisində yerləşən 1-ci səviyyə tibb müəssisələri vahid mərkəz altında birləşdirilərək ilkin səhiyyə xidməti şəbəkəsi qurulub. Laboratoriya xidmətinin yenilənməsi Həsənzadə deyib ki, TƏBİB tabeli tibb müəssisələrində laboratoriyaların standartlaşdırılması üzrə dəyərləndirmə aparılıb. Tibb müəssisələrinin laboratoriyaları sinifləndirilib, ehtiyaclar müəyyən olunub və hazırlanmış inkişaf planına uyğun olaraq ölkə üzrə bütün laboratoriyalar tam yenilənib. "Ölkə üzrə instrumental diaqnostikanın vəziyyəti dəyərlindirilib, əhali başına düşən normalar və tibb müəssisənin profili üzrə göstəricilərə görə avadanlıqların sayları və texniki göstəricilər müəyyən olunmaqla təminat planı hazırlanıb. Plan üzrə hal-hazırda bəzi tibb müəssisələrində artıq Rentgen, KT və MRT cihazları tam yenilənib. Cari ilin sonuna qədər radiologiya istiqaməti üzrə də əhali ehtiyaclarına uyğun bütün müasir avadanlıqlarla təminat nəzərdə tutulur" - deyə qurum səlahiyyətlisi bildirib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/04/01/426592419_341:0:3072:2048_1920x0_80_0_0_6c039e851809e3c9d4c5b5c6025df8f6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
təbib, tibb, müəssisə
TƏBİB-in idarəetməsinə 3000-ə yaxın tibb müəssisəsi verilib
Plan üzrə hal-hazırda bəzi tibb müəssisələrində artıq Rentgen, KT və MRT cihazları tam yenilənib.
BAKI, 17 iyul - Sputnik. "Bugünədək xidmətlər zərfində olan xidmətlərin 80%-i vətəndaşlara təqdim olunmaqda idi. Bugün aparılan kadr islahatları, maddi texniki bazanın gücləndirilməsi ilə xidmətlər zərfində olan 2550 xidmətin (100%-i) hamısı dövlət tibb müəssisələrində vətəndaşlara təqdim olunur.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu TƏBİB-in Strategiya və layihələr şöbəsinin müdiri Fəqan Həsənzadə bildirib.
O qeyd edib ki, TƏBİB-in idarəetməsinə 3000-ə yaxın tibb müəssisəsi verilib. TƏBİB optimallaşdırma işləri ilə bu tibb müəssisələrini 91 PHŞ statusu altında mərkəzləşdirib.
Bundan başqa Bakı şəhərinin hər rayonunda 11 tibb mərkəzi yaradılıb. Bakı ərazisində yerləşən 1-ci səviyyə tibb müəssisələri vahid mərkəz altında birləşdirilərək ilkin səhiyyə xidməti şəbəkəsi qurulub.
Laboratoriya xidmətinin yenilənməsi
Həsənzadə deyib ki, TƏBİB tabeli tibb müəssisələrində laboratoriyaların standartlaşdırılması üzrə dəyərləndirmə aparılıb. Tibb müəssisələrinin laboratoriyaları sinifləndirilib, ehtiyaclar müəyyən olunub və hazırlanmış inkişaf planına uyğun olaraq ölkə üzrə bütün laboratoriyalar tam yenilənib.
"Ölkə üzrə instrumental diaqnostikanın vəziyyəti dəyərlindirilib, əhali başına düşən normalar və tibb müəssisənin profili üzrə göstəricilərə görə avadanlıqların sayları və texniki göstəricilər müəyyən olunmaqla təminat planı hazırlanıb. Plan üzrə hal-hazırda bəzi tibb müəssisələrində artıq Rentgen, KT və MRT cihazları tam yenilənib. Cari ilin sonuna qədər radiologiya istiqaməti üzrə də əhali ehtiyaclarına uyğun bütün müasir avadanlıqlarla təminat nəzərdə tutulur" - deyə qurum səlahiyyətlisi bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.