https://sputnik.az/20230717/qtisadi-suranin-iclasinda-neler-muzakire-olunub-456892917.html
İqtisadi Şuranın iclasında nələr müzakirə olunub
İqtisadi Şuranın iclasında nələr müzakirə olunub
Sputnik Azərbaycan
Maliyyə naziri Samir Şərifov və Mərkəzi Bankın sədri Taleh Kazımov tədbirdə məruzə ilə çıxış ediblər. 17.07.2023, Sputnik Azərbaycan
2023-07-17T19:01+0400
2023-07-17T19:01+0400
2023-07-17T19:01+0400
iqtisadiyyat
iqtisadi
şura
https://cdnn1.img.sputnik.az/img/40883/14/408831481_0:77:2001:1202_1920x0_80_0_0_a7179b5c3643a0dd92b6c4f64c81affc.jpg
BAKI, 17 iyul - Sputnik. Baş nazir Əli Əsədovun rəhbərliyi ilə İqtisadi Şuranın iclası keçirilib. Bu barədə Nazirlər Kabinetindən məlumat verilib. Bildirilir ki, iclasda cari ilin birinci yarısında iqtisadi artım, makroiqtisadi sabitlik və maliyyə sabitliyi üzrə cari vəziyyət və siyasət prioritetləri, o cümlədən, inflyasiya proseslərinin və onun faktorlarının təhlili, antiinflyasiya tədbirləri, valyuta bazarı, pul siyasətinin yeni əməliyyat çərçivəsi məsələlərinə baxılıb.Bundan əlavə, bank və sığorta sektorunun mövcud vəziyyəti və inkişafı, habelə dövlət borcunun idarə eilməsi üzrə ortamüddətli çərçivə, Borclanma Strategiyası üzrə yeni hədəflər və dəyişikliklər, kapital bazarlarında investorların kompensasiyası mexanizminin yaradılmasına dair təkliflər və digər cari məsələlər də geniş müzakirə olunub.İclasda Maliyyə naziri Samir Şərifovun və Mərkəzi Bankın sədri Taleh Kazımovun məruzələri dinlənilib.İclasın yekununda müzakirə olunan məsələlər barədə Şura üzvlərinin təklifləri də nəzərə alınmaqla qərarlar qəbul olunub və aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40883/14/408831481_146:0:1853:1280_1920x0_80_0_0_9b39f90c2ca42b541e1c16bd079a0ad7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
iqtisadi, şura
İqtisadi Şuranın iclasında nələr müzakirə olunub
Maliyyə naziri Samir Şərifov və Mərkəzi Bankın sədri Taleh Kazımov tədbirdə məruzə ilə çıxış ediblər.
BAKI, 17 iyul - Sputnik. Baş nazir Əli Əsədovun rəhbərliyi ilə İqtisadi Şuranın iclası keçirilib. Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.
Bildirilir ki, iclasda cari ilin birinci yarısında iqtisadi artım, makroiqtisadi sabitlik və maliyyə sabitliyi üzrə cari vəziyyət və siyasət prioritetləri, o cümlədən, inflyasiya proseslərinin və onun faktorlarının təhlili, antiinflyasiya tədbirləri, valyuta bazarı, pul siyasətinin yeni əməliyyat çərçivəsi məsələlərinə baxılıb.
Bundan əlavə, bank və sığorta sektorunun mövcud vəziyyəti və inkişafı, habelə dövlət borcunun idarə eilməsi üzrə ortamüddətli çərçivə, Borclanma Strategiyası üzrə yeni hədəflər və dəyişikliklər, kapital bazarlarında investorların kompensasiyası mexanizminin yaradılmasına dair təkliflər və digər cari məsələlər də geniş müzakirə olunub.
İclasda Maliyyə naziri Samir Şərifovun və Mərkəzi Bankın sədri Taleh Kazımovun məruzələri dinlənilib.
İclasın yekununda müzakirə olunan məsələlər barədə Şura üzvlərinin təklifləri də nəzərə alınmaqla qərarlar qəbul olunub və aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.