https://sputnik.az/20230717/qanunsuz-derman-satan-aptek-sahiblerine-xeberdarliq-edilib-456890541.html
Qanunsuz dərman satan aptek sahiblərinə xəbərdarlıq edilib
Qanunsuz dərman satan aptek sahiblərinə xəbərdarlıq edilib
Sputnik Azərbaycan
Görüşdə apteklərdə rast gəlinən nöqsanların aradan qaldırılması, mövcud qanunvericiliyin tələblərinin təbliğ olunması, əczaçılıq sahəsində sahibkarlara... 17.07.2023, Sputnik Azərbaycan
2023-07-17T19:24+0400
2023-07-17T19:24+0400
2023-07-17T19:24+0400
dərman
səhiyyə
səhiyyə nazirliyi
analitik
ekspertiza
https://cdnn1.img.sputnik.az/img/07e6/01/05/437879961_0:0:3072:1728_1920x0_80_0_0_323caa8b3ddf4499553eff0a3902908e.jpg
BAKI, 17 iyul — Sputnik. Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzində fəaliyyətində nöqsanlar aşkarlanan aptek şəbəkələrinin məsul şəxsləri ilə görüş keçirilib. Bu barədə mərkəzdən məlumat verilib. Qeyd olunub ki, ölkənin dərman vasitələrinin keyfiyyəti, səmərəliliyi və təhlükəsizliyi üzərində dövlət nəzarəti və tənzimləməsini həyata keçirən mərkəz əczaçılıq sahəsində dərman vasitələrinin dövriyyəsi zamanı yaranan problemlərin daha effektiv şəkildə aradan qaldırılması məqsədilə digər dövlət qurumları ilə müntəzəm əməkdaşlıq edir. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ilə birgə əməkdaşlıq çərçivəsində aparılan yoxlamalar nəticəsində fəaliyyətinlərində nöqsanlar aşkarlanan çoxsaylı aptek şəbəkələrinin məsul şəxsləri ilə Analitik Ekspertiza Mərkəzində görüş keçirilib. Görüşdə apteklərdə rast gəlinən nöqsanların aradan qaldırılması, mövcud qanunvericiliyin tələblərinin təbliğ olunması, əczaçılıq sahəsində sahibkarlara maarifləndirici dəstək mövzuları ətrafında müzakirələr aparılıb. Xüsusilə, lisenziyasız aptek fəaliyyətinin, apteklərdə qeydiyyatsız dərman satışının, sertifikasiyadan keçməmiş əczaçıların işə götürülməsinin qanunvericiliklə yol verilməməsinin, eləcə də digər pozuntulara görə İnzibati Xətalar Məcəlləsi üzrə cərimələrin və cinayət məsuliyyətinin nəzərdə tutulduğu bir daha aptek şəbəkələrinin nümayəndələrinin diqqətinə çatdırılıb. Tədbir zamanı sahibkarların sualları cavablandırılıb, problemləri dinlənilib, birgə həll yolları müzakirə edilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/05/437879961_341:0:3072:2048_1920x0_80_0_0_aa5f87bf0ed4197aad68a70cc67075e5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
dərman, səhiyyə nazirliyi, analitik, ekspertiza
dərman, səhiyyə nazirliyi, analitik, ekspertiza
Qanunsuz dərman satan aptek sahiblərinə xəbərdarlıq edilib
Görüşdə apteklərdə rast gəlinən nöqsanların aradan qaldırılması, mövcud qanunvericiliyin tələblərinin təbliğ olunması, əczaçılıq sahəsində sahibkarlara maarifləndirici dəstək mövzuları ətrafında müzakirələr aparılıb.
BAKI, 17 iyul — Sputnik. Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzində fəaliyyətində nöqsanlar aşkarlanan aptek şəbəkələrinin məsul şəxsləri ilə görüş keçirilib. Bu barədə mərkəzdən məlumat verilib.
Qeyd olunub ki, ölkənin dərman vasitələrinin keyfiyyəti, səmərəliliyi və təhlükəsizliyi üzərində dövlət nəzarəti və tənzimləməsini həyata keçirən mərkəz əczaçılıq sahəsində dərman vasitələrinin dövriyyəsi zamanı yaranan problemlərin daha effektiv şəkildə aradan qaldırılması məqsədilə digər dövlət qurumları ilə müntəzəm əməkdaşlıq edir.
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ilə birgə əməkdaşlıq çərçivəsində aparılan yoxlamalar nəticəsində fəaliyyətinlərində nöqsanlar aşkarlanan çoxsaylı aptek şəbəkələrinin məsul şəxsləri ilə Analitik Ekspertiza Mərkəzində görüş keçirilib.
Görüşdə apteklərdə rast gəlinən nöqsanların aradan qaldırılması, mövcud qanunvericiliyin tələblərinin təbliğ olunması, əczaçılıq sahəsində sahibkarlara maarifləndirici dəstək mövzuları ətrafında müzakirələr aparılıb. Xüsusilə, lisenziyasız aptek fəaliyyətinin, apteklərdə qeydiyyatsız dərman satışının, sertifikasiyadan keçməmiş əczaçıların işə götürülməsinin qanunvericiliklə yol verilməməsinin, eləcə də digər pozuntulara görə İnzibati Xətalar Məcəlləsi üzrə cərimələrin və cinayət məsuliyyətinin nəzərdə tutulduğu bir daha aptek şəbəkələrinin nümayəndələrinin diqqətinə çatdırılıb.
Tədbir zamanı sahibkarların sualları cavablandırılıb, problemləri dinlənilib, birgə həll yolları müzakirə edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.