https://sputnik.az/20230717/naxcivanda-eneolit-ve-antik-dovre-aid-maddi-medeniyyet-numuneleri-askar-olunub-456875778.html
Naxçıvanda Eneolit və Antik dövrə aid maddi mədəniyyət nümunələri aşkar olunub
Naxçıvanda Eneolit və Antik dövrə aid maddi mədəniyyət nümunələri aşkar olunub
Sputnik Azərbaycan
Yaşayış yerinin Son Eneolit dövrü təbəqəsi burada Antik dövrə və müasir dövrə aid qəbirlərin qazılması zamanı dağıntıya məruz qalıb. 17.07.2023, Sputnik Azərbaycan
2023-07-17T23:08+0400
2023-07-17T23:08+0400
2023-07-17T23:08+0400
cəmiyyət
naxçıvan
arxeologiya
dövr
https://cdnn1.img.sputnik.az/img/42138/15/421381552_0:210:2001:1335_1920x0_80_0_0_66280a5be4f98180c8fc058c6d2cd2a7.jpg
BAKI, 17 iyul — Sputnik. AMEA Naxçıvan Bölməsinin Tumbultəpə arxeoloji ekspedisiyası tərəfindən Naxçıvan şəhəri ərazisində, Naxçıvançayın sağ sahilində yerləşən Tumbultəpə yaşayış yerində tədqiqatlar davam etdirilir. Arxeoloji araşdırmalar zamanı yaşayış yerində Son Eneolit dövrünə və Antik dövrə aid maddi mədəniyyət nümunələri aşkar olunub. Araşdırmalar göstərir ki, yaşayış yerinin Son Eneolit dövrü təbəqəsi burada Antik dövrə və müasir dövrə aid qəbirlərin qazılması zamanı dağıntıya məruz qalıb. Bununla belə tədqiqat zamanı Son Eneolit dövrü insanlarının dördkünc formalı evlərdə yaşadığı müəyyən edilib. Eneolit dövrünün son mərhələsinə aid maddi mədəniyyət nümunələri indiyədək Naxçıvan Muxtar Respublikasında Ovçulartəpə, Yeni yol, Şorsu, Zirincli, Sərinbulaq kimi yaşayış yerlərindən, həmçinin Arazdan cənubda Culfa Kültəpəsi Köhnə Pasqah, Şərqi Anadoluda Aştəpə, Sarıgül, Hanaqo və digər abidələrdən məlumdur. Ovçulartəpə mədəniyyətinin son mərhələsinə aid olan bu tapıntılar həmin mədəniyyətin geniş bir coğrafiyada yayıldığını göstərir. Tumbultəpə yaşayış yerinin tapıntıları isə bu mədəniyyətin lokal xarakter daşımadığını bir daha təsdiq edir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42138/15/421381552_0:0:1781:1335_1920x0_80_0_0_3229172ccf69c271d09857334e556bc3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
naxçıvan, arxeologiya, dövr
naxçıvan, arxeologiya, dövr
Naxçıvanda Eneolit və Antik dövrə aid maddi mədəniyyət nümunələri aşkar olunub
Yaşayış yerinin Son Eneolit dövrü təbəqəsi burada Antik dövrə və müasir dövrə aid qəbirlərin qazılması zamanı dağıntıya məruz qalıb.
BAKI, 17 iyul — Sputnik. AMEA Naxçıvan Bölməsinin Tumbultəpə arxeoloji ekspedisiyası tərəfindən Naxçıvan şəhəri ərazisində, Naxçıvançayın sağ sahilində yerləşən Tumbultəpə yaşayış yerində tədqiqatlar davam etdirilir.
Arxeoloji araşdırmalar zamanı yaşayış yerində Son Eneolit dövrünə və Antik dövrə aid maddi mədəniyyət nümunələri aşkar olunub.
Araşdırmalar göstərir ki, yaşayış yerinin Son Eneolit dövrü təbəqəsi burada Antik dövrə və müasir dövrə aid qəbirlərin qazılması zamanı dağıntıya məruz qalıb. Bununla belə tədqiqat zamanı Son Eneolit dövrü insanlarının dördkünc formalı evlərdə yaşadığı müəyyən edilib.
Eneolit dövrünün son mərhələsinə aid maddi mədəniyyət nümunələri indiyədək Naxçıvan Muxtar Respublikasında Ovçulartəpə, Yeni yol, Şorsu, Zirincli, Sərinbulaq kimi yaşayış yerlərindən, həmçinin Arazdan cənubda Culfa Kültəpəsi Köhnə Pasqah, Şərqi Anadoluda Aştəpə, Sarıgül, Hanaqo və digər abidələrdən məlumdur. Ovçulartəpə mədəniyyətinin son mərhələsinə aid olan bu tapıntılar həmin mədəniyyətin geniş bir coğrafiyada yayıldığını göstərir.
Tumbultəpə yaşayış yerinin tapıntıları isə bu mədəniyyətin lokal xarakter daşımadığını bir daha təsdiq edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.