NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Dünyada neft ucuzlaşır - Liviya və Çin bazara təsir göstərir

© AP Photo / Richard DrewBirjada, arxiv
Birjada, arxiv - Sputnik Azərbaycan, 1920, 17.07.2023
Abunə olmaq
Neft qiymətləri son üç həftə ərzində yüksəlib, lakin bu il Çinin ləng iqtisadi bərpası və ABŞ Mərkəzi Bankının sərt pul siyasəti tələbə təzyiq göstərdiyi üçün qiymətlər aşağı olaraq qalır.
BAKI, 17 iyul — Sputnik. Dünya bazarlarında neftin qiymətləri ucuzlaşır. Səbəb Liviyada neft yatağının yenidən açılması və Çində ümumi daxili məhsul istehsalının gözləntilərdən aşağı olmasıdır.
Liviyanın ən böyük neft yataqlarından biri olan Əş-Şararada hasilat yenidən başlayıb.
Çin iqtisadiyyatı ikinci rübdə gözləniləndən daha yavaş böyüyüb və iyun ayında istehlak xərcləri əhəmiyyətli dərəcədə azalıb.
“Brent” markalı neftin qiyməti 0,78 dollar azalaraq 79,09 dollar, "Light” markalı neftin qiyməti 0,75 dollar ucuzlaşaraq 74,67 dollar təşkil edib.
Qeyd edək ki, neft qiymətləri son üç həftə ərzində yüksəlib, lakin bu il Çinin ləng iqtisadi bərpası və ABŞ Mərkəzi Bankının - FED-in sərt pul siyasəti tələbə təzyiq göstərdiyi üçün qiymətlər aşağı olaraq qalır.
Xatırladaq ki, ötən həftənin sonunda Azərbaycan neftinin - “Azeri Light” bir barelinin qiyməti 0,39 dollar azalaraq 84,1 dollar olub. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.
2022-ci ildə “Azeri Light” markalı neftin bir barelinin orta satış qiyməti 103,58 dollar təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il “Azeri Light” nefti 44,6% bahalaşıb.
2022-ci il ərzində "Azeri Light" markalı neftin ən yüksək qiyməti 8 mart tarixində bir barel üçün 135,99 ABŞ dolları, ən aşağı qiyməti isə 8 dekabr tarixində 78,07 ABŞ dolları olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0