Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

İcbari tibbi xidmətlər zərfinə yeni xidmətlər daxil ediləcək - Siyahı

© Sputnik / Murad OrujovTibbi sığorta
Tibbi sığorta - Sputnik Azərbaycan, 1920, 17.07.2023
Abunə olmaq
Leyla Lətifova həmçinin bildirib ki, bir sıra yeni tibbi xidmətlərə də sığorta limiti tətbiq edilir.
BAKI, 17 iyul — Sputnik. İcbari Tibbi Sığortanın Xidmətlər Zərfinə yeni tibbi xidmətlər daxil ediləcək. Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu bu gün çıxışında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin baş məsləhətçisi Leyla Lətifova bildirib.
Onun sözlərinə görə, travmotoloji, oftalmoloji, ürək-damar cərrahiyəsi, orqan transplantasiyası ilə bağlı əməliyyatların sayı artırılacaq.
L.Lətifova həmçinin bildirib ki, bir sıra yeni tibbi xidmətlərə sığorta limiti tətbiq edilir.
Bunlar aşağıdakılardır:
Qaraciyər transplantasiyasına illik 100 əməliyyat,
böyrək tranplantasiyasına illik 150,
sümük iliyi və kök hüceyrələrin illik transplantasiyasına illik 20 əməliyyat daxildir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0