https://sputnik.az/20230717/azerbaycanda-iri-qida-sirketine-kiberhucum-edilib-456880185.html
Azərbaycanda iri qida şirkətinə kiberhücum edilib
Azərbaycanda iri qida şirkətinə kiberhücum edilib
Sputnik Azərbaycan
Cinayəti törədən dəstə üzvləri məlumat axınının davamlılığını təşkil edəcəklərinə dair vədlər verərək hər ay üçün əlavə 10 000 manat ödəniş tələb ediblər. 17.07.2023, Sputnik Azərbaycan
2023-07-17T22:23+0400
2023-07-17T22:23+0400
2023-07-17T22:23+0400
cinayət
cəmiyyət
kiber hücum
daxili işlər
https://cdnn1.img.sputnik.az/img/07e6/01/11/438226442_0:0:2000:1125_1920x0_80_0_0_119e5a7efa957b3f825b798c8dee67ff.jpg
BAKI, 17 iyul — Sputnik. Qida sektorunda iri şirkətlərdən birinin şəbəkə və data serverlərinə kiberhücum edərək 60 min manat tələb edən dəstə üzvləri saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Azərbaycanın qida sektorunda iri şirkətlərdən birinin şəbəkə və data serverlərinə kiberhücum olması barədə DİN-ə məlumatlar daxil olub. Kiberhücumu həyata keçirən şəxslərin şifrələnmiş məlumatları polis əməkdaşları tərəfindən diqqətlə təhlil olunub və tətbiqi proqram təminatları vasitəsilə həmin şəxslərin kimliyi və koordinat məlumatları təyin edilib. Keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində cinayəti törədən dəstə üzvləri Murad Rzayev, İbrahim Ələsgərov və Elvin Əliməmmədov xüsusi alqoritmlərdən və sosial mühəndislik üsullarından istifadə edərək şirkətin serverlərində yerləşən kommersiya sirri təşkil edən məlumatlara məsafədən giriş etməyə müvəffəq olmaqla ələ keçirdikləri məlumatları 60 000 manata satarkən saxlanılıblar. Onlar məlumat axınının davamlılığını təşkil edəcəklərinə dair vədlər verərək hər ay üçün əlavə 10 000 manat ödəniş tələb ediblər. Faktla bağlı Cinayət Məclləsinin 271.2.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən kompüter sisteminə qanunsuz daxilolma) və 272.2.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən kompyuter məlumatlarını qanunsuz ələ keçirmə) maddələri ilə cinayət işi başlanılaraq adıçəkilən şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/11/438226442_331:0:1831:1125_1920x0_80_0_0_3a069ee75731258a573022e33f0f1858.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
cinayət, kiber hücum, daxili işlər
cinayət, kiber hücum, daxili işlər
Azərbaycanda iri qida şirkətinə kiberhücum edilib
Cinayəti törədən dəstə üzvləri məlumat axınının davamlılığını təşkil edəcəklərinə dair vədlər verərək hər ay üçün əlavə 10 000 manat ödəniş tələb ediblər.
BAKI, 17 iyul — Sputnik. Qida sektorunda iri şirkətlərdən birinin şəbəkə və data serverlərinə kiberhücum edərək 60 min manat tələb edən dəstə üzvləri saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Azərbaycanın qida sektorunda iri şirkətlərdən birinin şəbəkə və data serverlərinə kiberhücum olması barədə DİN-ə məlumatlar daxil olub. Kiberhücumu həyata keçirən şəxslərin şifrələnmiş məlumatları polis əməkdaşları tərəfindən diqqətlə təhlil olunub və tətbiqi proqram təminatları vasitəsilə həmin şəxslərin kimliyi və koordinat məlumatları təyin edilib.
Keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində cinayəti törədən dəstə üzvləri Murad Rzayev, İbrahim Ələsgərov və Elvin Əliməmmədov xüsusi alqoritmlərdən və sosial mühəndislik üsullarından istifadə edərək şirkətin serverlərində yerləşən kommersiya sirri təşkil edən məlumatlara məsafədən giriş etməyə müvəffəq olmaqla ələ keçirdikləri məlumatları 60 000 manata satarkən saxlanılıblar.
Onlar məlumat axınının davamlılığını təşkil edəcəklərinə dair vədlər verərək hər ay üçün əlavə 10 000 manat ödəniş tələb ediblər.
Faktla bağlı Cinayət Məclləsinin 271.2.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən kompüter sisteminə qanunsuz daxilolma) və 272.2.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən kompyuter məlumatlarını qanunsuz ələ keçirmə) maddələri ilə cinayət işi başlanılaraq adıçəkilən şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.