https://sputnik.az/20230717/alimler-beyin-xercenginin-mualicesi-ucun-effektiv-usul-hazirlayiblar-456856999.html
Alimlər beyin xərçənginin müalicəsi üçün effektiv üsul hazırlayıblar
Alimlər beyin xərçənginin müalicəsi üçün effektiv üsul hazırlayıblar
Sputnik Azərbaycan
Tədqiqat 16 xəstəni əhatə edib, onlardan 15-i vemurafenib və kobimetinib kombinasiyası ilə azı 28 günlük terapiya kursunu tamamlayıb. 17.07.2023, Sputnik Azərbaycan
2023-07-17T07:41+0400
2023-07-17T07:41+0400
2023-07-17T07:41+0400
səhiyyə
beyin
xərçəng
alim
alimlər
xəstə
https://cdnn1.img.sputnik.az/img/41240/30/412403028_0:46:3072:1774_1920x0_80_0_0_281ad5586a59618597966a3a9b527358.jpg
BAKI, 17 iyul - Sputnik. ABŞ-ın Harvard Tibb Məktəbinin alimləri nadir rast gəlinən beyin şişi - papilyar kraniofarinqioma üçün yeni müalicə üsulu hazırlayıblar. Terapiya şişlərin kiçilməsində görünməmiş müvəffəqiyyət göstərib."Report" xəbər verir ki, tədqiqatın nəticələri "New England Journal of Medicine" nəşrində dərc olunub.Tədqiqat 16 xəstəni əhatə edib, onlardan 15-i vemurafenib və kobimetinib kombinasiyası ilə azı 28 günlük terapiya kursunu tamamlayıb. Dörd dövr ərzində şiş ölçüsündə orta azalma 68%-dən 99%-ə qədər (orta hesabla 91%) dəyişib.Yeddi xəstə eksperimental terapiyanın dayandırılmasından sonra başqa müalicə almayıb. Altı pasiyentin təxminən iki illik müayinəsi şişin böyümədiyini üzə çıxarıb. Müalicə zamanı xəstələrin heç birində şiş böyüməyib, ölən olmayıb."Bir və ya daha çox terapiya dövrünü tamamlayan bütün xəstələr müalicəyə cavab verdilər, bu, beyin şişləri üçün hər hansı tibbi müalicəyə ən yüksək cavab nisbətidir", - alimlər bildiriblər.Tədqiqatçılar bununla belə terapiya dövrlərinin optimal sayını müəyyən etmək üçün daha çox araşdırmaya ehtiyac olduğunu vurğulayıblar.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41240/30/412403028_148:0:2879:2048_1920x0_80_0_0_46897a292fea7559a337058afb52383c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
beyin, xərçəng, alim, alimlər, xəstə
beyin, xərçəng, alim, alimlər, xəstə
Alimlər beyin xərçənginin müalicəsi üçün effektiv üsul hazırlayıblar
Tədqiqat 16 xəstəni əhatə edib, onlardan 15-i vemurafenib və kobimetinib kombinasiyası ilə azı 28 günlük terapiya kursunu tamamlayıb.
BAKI, 17 iyul - Sputnik. ABŞ-ın Harvard Tibb Məktəbinin alimləri nadir rast gəlinən beyin şişi - papilyar kraniofarinqioma üçün yeni müalicə üsulu hazırlayıblar. Terapiya şişlərin kiçilməsində görünməmiş müvəffəqiyyət göstərib.
"Report" xəbər verir ki, tədqiqatın nəticələri "New England Journal of Medicine" nəşrində dərc olunub.
Tədqiqat 16 xəstəni əhatə edib, onlardan 15-i vemurafenib və kobimetinib kombinasiyası ilə azı 28 günlük terapiya kursunu tamamlayıb. Dörd dövr ərzində şiş ölçüsündə orta azalma 68%-dən 99%-ə qədər (orta hesabla 91%) dəyişib.
Yeddi xəstə eksperimental terapiyanın dayandırılmasından sonra başqa müalicə almayıb. Altı pasiyentin təxminən iki illik müayinəsi şişin böyümədiyini üzə çıxarıb. Müalicə zamanı xəstələrin heç birində şiş böyüməyib, ölən olmayıb.
"Bir və ya daha çox terapiya dövrünü tamamlayan bütün xəstələr müalicəyə cavab verdilər, bu, beyin şişləri üçün hər hansı tibbi müalicəyə ən yüksək cavab nisbətidir", - alimlər bildiriblər.
Tədqiqatçılar bununla belə terapiya dövrlərinin optimal sayını müəyyən etmək üçün daha çox araşdırmaya ehtiyac olduğunu vurğulayıblar.