https://sputnik.az/20230716/turk-eczacidan-sos-bitki-menseli-qida-elaveleri-qaraciyeri-mehv-ede-biler-456828851.html
Türk əczaçıdan SOS: "Bitki mənşəli" qida əlavələri qaraciyəri məhv edə bilər
Türk əczaçıdan SOS: "Bitki mənşəli" qida əlavələri qaraciyəri məhv edə bilər
Sputnik Azərbaycan
Türkiyənin Əczaçıları İşəgötürənlər Birliyinin sədri deyib ki, "qida əlavəsi" kimi məsum bir adla bazara çıxarılan "bitki mənşəli dərmanlar"a son qoyulmalıdır. 16.07.2023, Sputnik Azərbaycan
2023-07-16T11:41+0400
2023-07-16T11:41+0400
2023-07-16T11:41+0400
qaraciyər
səhiyyə
arıqlamaq
arıqlamaq üçün dərmanlar
qida əlavəsi
qida əlavələri
https://cdnn1.img.sputnik.az/img/42320/26/423202634_0:0:3001:1688_1920x0_80_0_0_286129fa3eafc53aedb0dbed405009af.jpg
BAKI, 16 iyul - Sputnik. Türkiyənin Əczaçıları İşəgötürənlər Birliyinin sədri Nurten Saydan, son dövrdə bitki mənşəli məhsullar adı altında sürətli arıqlamaq üçün qida əlavələrindən istifadənin kəskin artdığı barədə həyəcan təbili çalıb. O, bildirib ki, arıqlamaq məqsədilə istifadə edilən qida əlavələrinin çoxu orqanizm üçün təhlükəlidir. Hətta bəziləri qaraciyərə ciddi ziyan vurur. Odur ki, bu məsələyə ciddi yanaşmaq lazımdır. "İnternet, dərman preparatları, marketlər kimi yerlərdə qida əlavələri adı altında dərmanların reklamı və nəzarətsiz satışı əhalinin sağlamlığına mənfi təsir göstərir. Adının qida əlavəsi olması o demək deyil ki, məhsul dərman deyil. Dərman və bitki mənşəli məhsullar əczaçıların ixtisasıdır. Ağızdan qəbul edilən tablet, kapsul və maye formada olan məhsulların nəzarət mərhələləri daha çoxdur. Bunlar Səhiyyə Nazirliyi tərəfindən təsdiqləndikdən sonra sağlam şəkildə ictimaiyyətə təqdim olunmalıdır", - Saylan "Hürriyet" qəzetinə müsahibəsində deyib. Onun sözlərinə görə məhsulların bazarda reklam şəklində "tamamilə bitki mənşəlidir", "təbii məhsul", "möcüzəvi məhlul" sözləri altında satılması ictimaiyyətin şüursuzca və tamamilə səhv dərman, məhsul və ya bitki ekstraktlarından istifadə etməsinə səbəb olur. "Bu növ məhsullar mövcud xəstəliyi sağaltmamaqla yanaşı, gələcəkdə yarana biləcək sağalmaz problemlərin də yolunu aça bilər. Bir çox bitki mənşəli məhsullar səhv istifadə olunarsa, orqanizmə, xüsusilə də qaraciyərə zərər verərək zəhərə çevrilir", - Saylan bildirib. O, deyib ki, "qida əlavəsi" kimi məsum bir adla bazara çıxarılan "bitki mənşəli dərmanlar"a son qoyulmalıdır. Müvafiq qurumlar, o cümlədən, internet üzərindən "bitki mənşəli dərmanlar"ın satışına ciddi nəzarət etməlidirlər.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42320/26/423202634_0:0:2667:2000_1920x0_80_0_0_38be9e7a1664876af0681aa5de3d7bdc.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qaraciyər, arıqlamaq, arıqlamaq üçün dərmanlar, qida əlavəsi, qida əlavələri
qaraciyər, arıqlamaq, arıqlamaq üçün dərmanlar, qida əlavəsi, qida əlavələri
Türk əczaçıdan SOS: "Bitki mənşəli" qida əlavələri qaraciyəri məhv edə bilər
Türkiyənin Əczaçıları İşəgötürənlər Birliyinin sədri deyib ki, "qida əlavəsi" kimi məsum bir adla bazara çıxarılan "bitki mənşəli dərmanlar"a son qoyulmalıdır.
BAKI, 16 iyul - Sputnik. Türkiyənin Əczaçıları İşəgötürənlər Birliyinin sədri Nurten Saydan, son dövrdə bitki mənşəli məhsullar adı altında sürətli arıqlamaq üçün qida əlavələrindən istifadənin kəskin artdığı barədə həyəcan təbili çalıb. O, bildirib ki, arıqlamaq məqsədilə istifadə edilən qida əlavələrinin çoxu orqanizm üçün təhlükəlidir. Hətta bəziləri qaraciyərə ciddi ziyan vurur. Odur ki, bu məsələyə ciddi yanaşmaq lazımdır.
"İnternet, dərman preparatları, marketlər kimi yerlərdə qida əlavələri adı altında dərmanların reklamı və nəzarətsiz satışı əhalinin sağlamlığına mənfi təsir göstərir. Adının qida əlavəsi olması o demək deyil ki, məhsul dərman deyil. Dərman və bitki mənşəli məhsullar əczaçıların ixtisasıdır. Ağızdan qəbul edilən tablet, kapsul və maye formada olan məhsulların nəzarət mərhələləri daha çoxdur. Bunlar Səhiyyə Nazirliyi tərəfindən təsdiqləndikdən sonra sağlam şəkildə ictimaiyyətə təqdim olunmalıdır", - Saylan "Hürriyet" qəzetinə müsahibəsində deyib.
Onun sözlərinə görə məhsulların bazarda reklam şəklində "tamamilə bitki mənşəlidir", "təbii məhsul", "möcüzəvi məhlul" sözləri altında satılması ictimaiyyətin şüursuzca və tamamilə səhv dərman, məhsul və ya bitki ekstraktlarından istifadə etməsinə səbəb olur.
"Bu növ məhsullar mövcud xəstəliyi sağaltmamaqla yanaşı, gələcəkdə yarana biləcək sağalmaz problemlərin də yolunu aça bilər. Bir çox bitki mənşəli məhsullar səhv istifadə olunarsa, orqanizmə, xüsusilə də qaraciyərə zərər verərək zəhərə çevrilir", - Saylan bildirib.
O, deyib ki, "qida əlavəsi" kimi məsum bir adla bazara çıxarılan "bitki mənşəli dərmanlar"a son qoyulmalıdır. Müvafiq qurumlar, o cümlədən, internet üzərindən "bitki mənşəli dərmanlar"ın satışına ciddi nəzarət etməlidirlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.