https://sputnik.az/20230716/susada-vaqif-poeziya-gunlerine-vaqif-dunyasi-tamasasi-ile-yekun-vurulub-456847118.html
Şuşada Vaqif Poeziya Günlərinə “Vaqif dünyası” tamaşası ilə yekun vurulub
Şuşada Vaqif Poeziya Günlərinə “Vaqif dünyası” tamaşası ilə yekun vurulub
Sputnik Azərbaycan
“Vaqif dünyası” tamaşasını hazırlayanda əsas məqsəd məhz görkəmli şairin müasir Azərbaycan ədəbi dilinin formalaşmasında və ümumiyyətlə, ümumtürk kontekstində... 16.07.2023, Sputnik Azərbaycan
2023-07-16T12:36+0400
2023-07-16T12:36+0400
2023-07-16T12:43+0400
şuşa şəhəri
şuşa
mədəniyyət
teatr
https://cdnn1.img.sputnik.az/img/07e6/05/0f/441945052_0:0:2000:1125_1920x0_80_0_0_22dd032be4265105fb08c1e25887246f.jpg
BAKI, 16 iyul - Sputnik. Şuşada keçirilən Vaqif Poeziya Günlərinin sonuncu tədbiri “Vaqif dünyası” adlı poetik-musiqili tamaşa olub.Tamaşada Molla Pənah Vaqif, Molla Vəli Vidadi, Məhəmməd Füzuli, Əlişir Nəvai, Şah İsmayıl Xətai və türk dünyasının digər şairlərinin obrazları canlandırılıb.Səhnə əsərinin nümayişindən əvvəl Azərbaycan Yazıçılar Birliyinin katibi, yazıçı İlqar Fəhmi çıxış edərək, Vaqif Poeziya Günlərinin əhəmiyyəti barədə danışıb: “Bu il çox unikal və fərqli məqamlar oldu. Birinci məqam ondan ibarət idi ki, bu poeziya bayramı Qazaxda başladı. Şairin vətənində və sovet dövründə olduğu kimi, Qazaxda start verilən bayram şənlikləri Şuşaya ötürüldü və iki gün ərzində burada çox gözəl tədbirlər keçirildi. Bu il iki əlamətdar hadisə üst-üstə düşüb. Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi və Şuşanın Türk dünyasının mədəniyyət paytaxtı elan olunması. Bu günlər çərçivəsində məhz hər iki əlamətdar hadisəyə toxunduq. Mehmandarovların malikanəsində Azərbaycan Yazıçılar Birliyinin Heydər Əliyevin yubileyinə həsr olunmuş kitabının təqdimatını keçirdik. Ondan əlavə, Şuşanın Türk dünyasının mədəniyyət paytaxtı elan olunması səbəbindən builki bədii hissələri də sadəcə, Vaqifin həyat və yaradıcılığı üzərindən yox, Vaqif və türk dünyası kontekstində qurduq”.Yazıçı əlavə edib ki, “Vaqif dünyası” tamaşasını hazırlayanda əsas məqsəd məhz görkəmli şairin müasir Azərbaycan ədəbi dilinin formalaşmasında və ümumiyyətlə, ümumtürk kontekstində yerini göstərmək olub.Səhnə əsərinin kompozisiyası Vaqiflə Vidadinin dialoqu üzərində qurulsa da, digər şairlərin şeirləri, musiqilər, muğam parçaları da araya daxil edilib. Təqdimatda istifadə olunan səhnə geyimləri də kompozisiyanın yaratdığı hissləri gücləndirərək, tamaşaçıları bir neçə əsr bundan əvvələ aparıb.Foto
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/0f/441945052_227:0:2000:1330_1920x0_80_0_0_756ed0cce2db055afd53c1b5d9bd8e41.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
şuşa şəhəri, şuşa, teatr
Şuşada Vaqif Poeziya Günlərinə “Vaqif dünyası” tamaşası ilə yekun vurulub
12:36 16.07.2023 (Yenilənib: 12:43 16.07.2023) “Vaqif dünyası” tamaşasını hazırlayanda əsas məqsəd məhz görkəmli şairin müasir Azərbaycan ədəbi dilinin formalaşmasında və ümumiyyətlə, ümumtürk kontekstində yerini göstərmək olub.
BAKI, 16 iyul - Sputnik. Şuşada keçirilən Vaqif Poeziya Günlərinin sonuncu tədbiri “Vaqif dünyası” adlı poetik-musiqili tamaşa olub.
Tamaşada Molla Pənah Vaqif, Molla Vəli Vidadi, Məhəmməd Füzuli, Əlişir Nəvai, Şah İsmayıl Xətai və türk dünyasının digər şairlərinin obrazları canlandırılıb.
Səhnə əsərinin nümayişindən əvvəl Azərbaycan Yazıçılar Birliyinin katibi, yazıçı İlqar Fəhmi çıxış edərək, Vaqif Poeziya Günlərinin əhəmiyyəti barədə danışıb: “Bu il çox unikal və fərqli məqamlar oldu. Birinci məqam ondan ibarət idi ki, bu poeziya bayramı Qazaxda başladı. Şairin vətənində və sovet dövründə olduğu kimi, Qazaxda start verilən bayram şənlikləri Şuşaya ötürüldü və iki gün ərzində burada çox gözəl tədbirlər keçirildi. Bu il iki əlamətdar hadisə üst-üstə düşüb. Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi və Şuşanın Türk dünyasının mədəniyyət paytaxtı elan olunması. Bu günlər çərçivəsində məhz hər iki əlamətdar hadisəyə toxunduq. Mehmandarovların malikanəsində Azərbaycan Yazıçılar Birliyinin Heydər Əliyevin yubileyinə həsr olunmuş kitabının təqdimatını keçirdik. Ondan əlavə, Şuşanın Türk dünyasının mədəniyyət paytaxtı elan olunması səbəbindən builki bədii hissələri də sadəcə, Vaqifin həyat və yaradıcılığı üzərindən yox, Vaqif və türk dünyası kontekstində qurduq”.
Yazıçı əlavə edib ki, “Vaqif dünyası” tamaşasını hazırlayanda əsas məqsəd məhz görkəmli şairin müasir Azərbaycan ədəbi dilinin formalaşmasında və ümumiyyətlə, ümumtürk kontekstində yerini göstərmək olub.
Səhnə əsərinin kompozisiyası Vaqiflə Vidadinin dialoqu üzərində qurulsa da, digər şairlərin şeirləri, musiqilər, muğam parçaları da araya daxil edilib. Təqdimatda istifadə olunan səhnə geyimləri də kompozisiyanın yaratdığı hissləri gücləndirərək, tamaşaçıları bir neçə əsr bundan əvvələ aparıb.