Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Həftədə nə qədər idman etmək faydalıdır? Kardioloqdan qızıl tövsiyə

© AFP 2024 / JASON CONNOLLYİdman edən insanlar
İdman edən insanlar - Sputnik Azərbaycan, 1920, 16.07.2023
Abunə olmaq
Kardioloq yaşından asılı olmayaraq hamıya həftədə təxminən 150-300 dəqiqə aerobik məşq etməyi məsləhət görür.
BAKI, 16 iyul - Sputnik. Rusiyalı tibb elmləri namizədi, kardioloq Vyaçeslav Koliyev həftəlik idmanın optimal miqdarını açıqlayıb. Həkim yaşından asılı olmayaraq hamıya həftədə təxminən 150-300 dəqiqə aerobik məşq etməyi məsləhət görür. Koliyev bildirib ki, əgər söhbət gərgin idmandan gedirsə, o zaman məşqlərin müddəti gündə 15-30 dəqiqə və ya yarım saatdan bir saata qədər orta fiziki fəaliyyətlə aparılmalıdır.
Mütəxəssis əlavə edib ki, məşqin maksimum icazə verilən intensivliyi ürək döyüntüsünün nə qədər yüksəlməsi ilə müəyyən edilir.
Travmatoloq-ortoped Konstantin Sergeyev isə daim bir əzələ qrupunu işlətməyin təhlükəsini aşkar edib. O, bunun orqanizmdə tarazlığın pozulmasına və sağlamlıq problemlərinə səbəb olacağını bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0