Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

DİM: İmtahan nəticələrinin 2-3 gün ərzində elan olunması nəzərdə tutulur

© AFP 2023 / MARTIN BUREAUİmtahan
İmtahan - Sputnik Azərbaycan, 1920, 16.07.2023
Abunə olmaq
İmtahanlar haqqında ümumi məlumat və müsabiqə şərtləri ilə DİM-in saytında tanış olmaq olar.
BAKI, 16 iyul - Sputnik. Dövlət İmtahan Mərkəzi (DİM) və Mədəniyyət Nazirliyi tərəfindən iyulun 16-da uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə direktorların, direktor müavinləri və müəllimlərin işə qəbulu üzrə test imtahanı keçirilib.
Bu barədə DİM-dən məlumat verilib.
Bildirilib ki, imtahan kağız daşıyıcılar vasitəsilə Bakı şəhərində 5 binada təşkil olunub. İmtahanda iştirak etmək üçün 1134 namizəd qeydiyyatdan keçmişdi. İmtahanının keçirilməsi üçün 5 ümumi imtahan rəhbəri, 14 imtahan rəhbəri, 106 nəzarətçi müəllim, 14 buraxılış rejimi əməkdaşı ayrılıb.
Direktor və direktor müavinlərinin imtahanında namizədlərə 100, müəllimlərin imtahanında isə 70 test tapşırığı təqdim olunur. Hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar ümumi nəticəyə təsir göstərmir.
İmtahan nəticələrinin yaxın 2-3 gün ərzində elan olunması nəzərdə tutulur. İmtahanlar haqqında ümumi məlumat və müsabiqə şərtləri ilə DİM-in saytında tanış olmaq olar.
DİM-in binası - Sputnik Azərbaycan, 1920, 16.07.2023
MƏDƏNİYYƏT
DİM Mədəniyyət Nazirliyi ilə birgə işə qəbul üzrə test imtahanı keçirəcək
Xəbər lenti
0