https://sputnik.az/20230716/bu-gun-minden-cox-namized-rezidenturaya-qebul-imtahani-verecek-456844750.html
Bu gün mindən çox namizəd rezidenturaya qəbul imtahanı verəcək
Bu gün mindən çox namizəd rezidenturaya qəbul imtahanı verəcək
Sputnik Azərbaycan
Bakı və Naxçıvan şəhərlərində keçiriləcək imtahan saat 10:00-da başlanır 16.07.2023, Sputnik Azərbaycan
2023-07-16T08:34+0400
2023-07-16T08:34+0400
2023-07-16T10:26+0400
imtahan
dövlət imtahan mərkəzi
təhsil
bakı
naxçıvan
dim
rezidentura
https://cdnn1.img.sputnik.az/img/07e4/07/17/424512282_0:0:3081:1733_1920x0_80_0_0_16e566b68044f8bae81b65a57f71c121.jpg
BAKI, 16 iyul - Sputnik. Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı, ikinci cəhd) keçirilir.DİM-dən bildirilib ki, imtahanda 1044 namizədin iştirakı gözlənilir. Onlardan 778 nəfəri Azərbaycan, 266 nəfəri isə rus bölməsi üzrə imtahan verəcək. Ərizə verənlərin 444 nəfəri oğlan, 600 nəfəri isə qızdır. 220 nəfər cari ilin, 422 nəfər əvvəlki illərin məzunudur. 7 nəfər xarici ölkə vətəndaşıdır.Bakı və Naxçıvan şəhərlərində keçiriləcək imtahan saat 10:00-da başlanır və 2 saat 30 dəqiqə davam edəcək. Saat 09:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.Namizədlər imtahana aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:- Şəxsiyyəti təsdiq edən sənədin əsli;- İmtahana buraxılış vərəqəsi.İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır. İmtahan binasına mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək qadağandır. DİM iştirakçılardan imtahan binasına əlavə əşyaları gətirməməyi xahiş edir. Bütün bunlar buraxılış rejimi işinin səmərəli təşkilinə və onun vaxtında başa çatdırılmasına mane olur.İmtahanların keçirilməsi üçün ümumilikdə 5 imtahan binası, 13 imtahan rəhbəri, 5 ümumi imtahan rəhbəri, 96 nəzarətçi-müəllim, 24 buraxılış rejimi əməkdaşı (mühafizə) və 5 bina nümayəndəsi ayrılıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/07/17/424512282_0:0:2731:2048_1920x0_80_0_0_ed1401501379fdb1bc6a28a3d4776a4c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
imtahan, dövlət imtahan mərkəzi, bakı, naxçıvan, dim, rezidentura
imtahan, dövlət imtahan mərkəzi, bakı, naxçıvan, dim, rezidentura
Bu gün mindən çox namizəd rezidenturaya qəbul imtahanı verəcək
08:34 16.07.2023 (Yenilənib: 10:26 16.07.2023) Bakı və Naxçıvan şəhərlərində keçiriləcək imtahan saat 10:00-da başlanır
BAKI, 16 iyul - Sputnik. Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı, ikinci cəhd) keçirilir.
DİM-dən bildirilib ki, imtahanda 1044 namizədin iştirakı gözlənilir. Onlardan 778 nəfəri Azərbaycan, 266 nəfəri isə rus bölməsi üzrə imtahan verəcək. Ərizə verənlərin 444 nəfəri oğlan, 600 nəfəri isə qızdır. 220 nəfər cari ilin, 422 nəfər əvvəlki illərin məzunudur. 7 nəfər xarici ölkə vətəndaşıdır.
Bakı və Naxçıvan şəhərlərində keçiriləcək imtahan saat 10:00-da başlanır və 2 saat 30 dəqiqə davam edəcək. Saat 09:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.
Namizədlər imtahana aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:
- Şəxsiyyəti təsdiq edən sənədin əsli;
- İmtahana buraxılış vərəqəsi.
İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır. İmtahan binasına mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək qadağandır. DİM iştirakçılardan imtahan binasına əlavə əşyaları gətirməməyi xahiş edir. Bütün bunlar buraxılış rejimi işinin səmərəli təşkilinə və onun vaxtında başa çatdırılmasına mane olur.
İmtahanların keçirilməsi üçün ümumilikdə 5 imtahan binası, 13 imtahan rəhbəri, 5 ümumi imtahan rəhbəri, 96 nəzarətçi-müəllim, 24 buraxılış rejimi əməkdaşı (mühafizə) və 5 bina nümayəndəsi ayrılıb.