DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Aİ sakinləri Zelenskinin hərəkətlərinin düzgünlüyünə və Kiyevə dəstəyə şübhə edirlər

© AP Photo / Efrem LukatskyVladimir Zelenski
Vladimir Zelenski - Sputnik Azərbaycan, 1920, 16.07.2023
Abunə olmaq
Respondentlər Ukraynanın Aİ-yə daxil olması məsələsinə də mənfi münasibət bəsləyiblər.
BAKI, 16 iyul — Sputnik. Bir sıra Avropa ölkələrinin sakinləri Vladimir Zelenskinin hərəkətlərinin düzgünlüyünə və Ukraynaya hərbi texnika tədarükünün maliyyələşdirilməsinə ciddi şübhələrini bildirirlər.
“Financial Times” ABŞ-ın “Pew Pew Research Center” və Avropanın “Eurobaromete” xidmətinin son araşdırmalarına istinadən bu barədə yazıb.
“Pew Research Center”in araşdırmasına görə, bəzi Avropa ölkələrinin sakinlərinin “Zelenski haqqında ciddi şübhələri var”. “Onun beynəlxalq məsələlərdə düzgün addım atacağına əminsinizmi?” sualına, Macarıstanda respondentlərin yalnız 11%-i, Yunanıstanda 28%-i, İtaliyada isə 38%-i “bəli” cavabını veriblər.
Öz növbəsində, “Eurobarometer” xidmətinin iyun ayında apardığı araşdırma göstərib ki, Ukraynaya ümumavropa dəstəyinin davam etməsi fonunda Kiyevə ən az dəstək Avstriya, Bolqarıstan, Kipr, Çexiya, Yunanıstan, Macarıstan və Slovakiyadandır. Bu ölkələrin hər birində, Çexiya istisna olmaqla, respondentlərin 50%-dən çoxu Ukraynaya silahların maliyyələşdirilməsi və ötürülməsinin əleyhinə olub. Silahların maliyyələşdirilməsi məsələsi ilə yanaşı, yeddi ölkənin hər birində respondentlər Ukraynanın Aİ-yə daxil olması məsələsinə də mənfi münasibət bəsləyiblər.
Respondentlərin sayı və onların tədqiqatlarının hər birinin statistik səhvi haqqında məlumatlar verilməyib.
Xəbər lenti
0