SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Şarl Mişel: “Brüsseldəki görüş çox məhsuldar keçib”

© AFP 2024 / NIALL CARSONŞarl Mişel
Şarl Mişel - Sputnik Azərbaycan, 1920, 15.07.2023
Abunə olmaq
Görüş zamanı iki ölkə liderləri 1991-ci il “Almatı Bəyannaməsi”nə, eləcə də ərazi bütövlüyü və suverenliyinə sadiqliklərini təsdiqləyiblər.
BAKI, 15 iyul - Sputnik. “Bugünkü görüş çox məhsuldar keçib”.
“Report”un verdiyi məlumata görə, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşündən sonra deyib.
“Biz altıncı görüşü yenicə başa vurduq. Bu, çox məhsuldar oldu. Biz səylərimizdə çox mühüm dövr keçirik”, - S.Mişel bildirib.
Onun sözlərinə görə, görüş zamanı iki ölkə liderləri 1991-ci il “Almatı Bəyannaməsi”nə, eləcə də ərazi bütövlüyü və suverenliyinə sadiqliklərini təsdiqləyiblər.
Brüsseldə Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti və Ermənistanın baş naziri ilə üçtərəfli görüşü - Sputnik Azərbaycan, 1920, 15.07.2023
SİYASƏT
Brüsseldə Azərbaycan, Ermənistan və Aİ Şurası liderləri arasında görüş başa çatıb
Xəbər lenti
0