SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Rusiya XİN Azərbaycan və Ermənistan arasında sülh sazişinə dair öz şərtlərini açıqladı

© Sputnik / Наталья СеливерстоваRusiya XİN
Rusiya XİN - Sputnik Azərbaycan, 1920, 15.07.2023
Abunə olmaq
Rusiya XİN-in bəyanatında qeyd olunub ki, Qarabağ ermənilərinin hüquqlarının, təhlükəsizliyinin etibarlı və aydın təminatları sülh müqaviləsinin tərkib hissəsinə çevrilməlidir.
BAKI, 15 iyul - Sputnik. Moskva yaxın vaxtlarda Ermənistan-Azərbaycan nizamlanması üzrə xarici işlər nazirlərinin üçtərəfli görüşünü təşkil etməyə hazırdır.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında dərc edilmiş bəyanatda bildirilib.
"Rusiya tərəfi razılaşmaların ən yüksək səviyyədə həyata keçirilməsi yollarını, o cümlədən sülh müqaviləsinin razılaşdırılması məsələsini müzakirə etmək üçün yaxın vaxtlarda Moskvada Rusiya, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin üçtərəfli görüşünü təşkil etməyə hazırdır", - bəyanatda qeyd olunur.
Orada həmçinin deyilir:
"2022-ci ilin oktyabrında və 2023-cü ilin mayında Avropa İttifaqının himayəsi altında keçirilən sammitlərdə Ermənistan Dağlıq Qarabağı Azərbaycan ərazisinin bir hissəsi kimi tanıdı. Biz Ermənistan rəhbərliyinin suveren qərarına hörmətlə yanaşırıq. Lakin bu, əsaslı şərtləri - Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli Bəyanatının, habelə regionda yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin vəziyyətini kökündən dəyişdirdi".
Qeyd olunur ki, bu şərtlər daxilində Qarabağın erməni əhalisinin taleyi üçün məsuliyyət üçüncü ölkələrin üzərinə atılmamalı, dərhal əvvəllər əldə edilmiş razılaşmalar əsasında Bakı ilə İrəvan arasında sülh müqaviləsinin hazırlanmasına başlanmalıdır.
"Biz ondan çıxış edirik ki, bu sazişin tərkib hissəsi Qarabağ ermənilərinin hüquqlarının və təhlükəsizliyinin etibarlı və aydın təminatları, habelə Rusiya, Azərbaycan və Ermənistan arasında üçtərəfli sazişlərin bütün maddələrinin, o cümlədən nəqliyyat kommunikasiyalarının açılması və Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesinin başlanmasının ciddi şəkildə yerinə yetirilməsi olmalıdır" - sənəddə deyilir.
Rusiya Xarici İşlər Nazirliyi "Dağlıq Qarabağ ətrafında vəziyyətin neqativ ssenari üzrə inkişaf etməsindən", "humanitar böhranın dərinləşməsindən" narahatlığını bildirir:
"Yerli əhali ərzaq, dərman, ilkin tələbat mallarının kəskin çatışmazlığını yaşayır, elektrik enerjisi və qaz təchizatından praktiki olaraq məhrumdur. Bu, Qarabağ erməniləri - rayonun sadə sakinləri üçün ən dramatik nəticələrə gətirib çıxara bilər".
Rusiyanın xarici siyasət idarəsi Azərbaycan rəhbərliyini Laçın dəhlizinin dərhal blokdan çıxarılması, bu dəhlizlə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin maneəsiz hərəkətinin bərpası, eləcə də regionun enerji təchizatı üçün təcili tədbirlər görməyə çağırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0