https://sputnik.az/20230715/qeyri-qanuni-ermeni-silahli-desteleri-fortifikasiya-qurgulari-qurasdirmaga-cehd-edibler-456826782.html
Qeyri-qanuni erməni silahlıları Xocalıda fortifikasiya qurğuları quraşdırmağa cəhd ediblər
Qeyri-qanuni erməni silahlıları Xocalıda fortifikasiya qurğuları quraşdırmağa cəhd ediblər
Sputnik Azərbaycan
Azərbaycan Ordusunun bölmələri Xocalı rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularının quraşdırılmasınını... 15.07.2023, Sputnik Azərbaycan
2023-07-15T11:23+0400
2023-07-15T11:23+0400
2023-07-15T11:37+0400
hərbi
müdafiə nazirliyi
erməni silahlı bölmələri
erməni silahlı birləşmələri
xocalı
fortifikasiya qurğuları
fortifikasiya
gps
https://cdnn1.img.sputnik.az/img/07e5/09/03/427839268_0:25:1001:588_1920x0_80_0_0_3dfdcd4474439311b348f53c8d1c72e8.jpg
BAKI, 15 iyul - Sputnik. İyulun 15-i saat 10:00 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Xocalı rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb."Bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb", - məlumatda qeyd olunub.Uzunmüddətli fortifikasiya qurğuları nədir?Qeyd edək ki, uzunmüddətli forsifikasiya (istehkam) qurğuları mühəndis-istehkam sistemlərinin, müdafiə xəttinin qurulması məqsədilə istifadə edilən avadanlıqlardır. Bunlar istehkam döyüşləri zamanı silah və texnikaların effektiv istifadəsi, qoşunların davamlı idarəetməsinin təmin olunması, şəxsi heyətin mühafizəsi üçün nəzərdə tutulur. Ekspertlər fortifikasiya qurğularının qanunsuz erməni silahlı dəstələrinin müqavimət gücünü artırmaq məqsədi daşıdığını qeyd edirlər. Bildirirlər ki, erməni separatçıları Qarabağda öz mövqelərini möhkəmləndirmək istəyirlər. Məqsədlərindən biri də ordumuza qarşı müxtəlif əməliyyatlar keçirməkdən ibarətdir. Onlar həm də çalışırlar ki, ordumuzla öz aralarında təmas xətti formalaşdırsınlar.Ermənilər hava məkanımızdan keçən təyyarələrin GPS peyk naviqasiya sistemlərinə qarşı radiomaneələr tətbiq edirlərBundan əvvəl Müdafiə Nazirliyi bildirib ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan Respublikasının ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən ölkəmizin hava məkanından istifadə etməklə uçuşlar yerinə yetirən yerli və xarici aviaşirkətlərin sərnişin təyyarələrinin GPS peyk naviqasiya sistemlərinə qarşı radiomaneələr tətbiq olunur.Belə ki, iyulun 13-də saat 11:54-dən 12:07-dək Zəngilan-Füzuli və saat 13:02-dən 13:17-dək Füzuli-Bakı marşrutları üzrə uçuş yerinə yetirən Azərbaycan Hava Yollarına məxsus Gulfstream G280 sərnişin təyyarəsinə qarşı radiomaneələrin tətbiqi nəticəsində onun GPS peyk naviqasiya sistemində fasilə yaranıb."Bildiririk ki, qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən sərnişin təyyarələrinin GPS peyk naviqasiya sistemlərinə qarşı əvvəllər də radiomaneələrin tətbiq edilməsi faktı qeydə alınır. Bu kimi halların hava uçuşlarının təhlükəsizliyinə ciddi təhdid təşkil etdiyi barədə Rusiya sülhməramlı kontingentinin komandanlığına tərəfimizdən dəfələrlə edilən müraciətlərə baxmayaraq heç bir tədbir görülməyib", - MN-in məlumatında deyilir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/03/427839268_0:0:973:730_1920x0_80_0_0_8f7f455249729904ea15589c71bb7708.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
müdafiə nazirliyi, erməni silahlı bölmələri, erməni silahlı birləşmələri, xocalı, fortifikasiya qurğuları, fortifikasiya, gps
müdafiə nazirliyi, erməni silahlı bölmələri, erməni silahlı birləşmələri, xocalı, fortifikasiya qurğuları, fortifikasiya, gps
Qeyri-qanuni erməni silahlıları Xocalıda fortifikasiya qurğuları quraşdırmağa cəhd ediblər
11:23 15.07.2023 (Yenilənib: 11:37 15.07.2023) Azərbaycan Ordusunun bölmələri Xocalı rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularının quraşdırılmasınını qarşısını alıblar.
BAKI, 15 iyul - Sputnik. İyulun 15-i saat 10:00 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Xocalı rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
"Bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb", - məlumatda qeyd olunub.
Uzunmüddətli fortifikasiya qurğuları nədir?
Qeyd edək ki, uzunmüddətli forsifikasiya (istehkam) qurğuları mühəndis-istehkam sistemlərinin, müdafiə xəttinin qurulması məqsədilə istifadə edilən avadanlıqlardır. Bunlar istehkam döyüşləri zamanı silah və texnikaların effektiv istifadəsi, qoşunların davamlı idarəetməsinin təmin olunması, şəxsi heyətin mühafizəsi üçün nəzərdə tutulur.
Ekspertlər fortifikasiya qurğularının qanunsuz erməni silahlı dəstələrinin müqavimət gücünü artırmaq məqsədi daşıdığını qeyd edirlər. Bildirirlər ki, erməni separatçıları Qarabağda öz mövqelərini möhkəmləndirmək istəyirlər. Məqsədlərindən biri də ordumuza qarşı müxtəlif əməliyyatlar keçirməkdən ibarətdir. Onlar həm də çalışırlar ki, ordumuzla öz aralarında təmas xətti formalaşdırsınlar.
Ermənilər hava məkanımızdan keçən təyyarələrin GPS peyk naviqasiya sistemlərinə qarşı radiomaneələr tətbiq edirlər
Bundan əvvəl Müdafiə Nazirliyi bildirib ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan Respublikasının ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən ölkəmizin hava məkanından istifadə etməklə uçuşlar yerinə yetirən yerli və xarici aviaşirkətlərin sərnişin təyyarələrinin GPS peyk naviqasiya sistemlərinə qarşı radiomaneələr tətbiq olunur.
Belə ki, iyulun 13-də saat 11:54-dən 12:07-dək Zəngilan-Füzuli və saat 13:02-dən 13:17-dək Füzuli-Bakı marşrutları üzrə uçuş yerinə yetirən Azərbaycan Hava Yollarına məxsus Gulfstream G280 sərnişin təyyarəsinə qarşı radiomaneələrin tətbiqi nəticəsində onun GPS peyk naviqasiya sistemində fasilə yaranıb.
"Bildiririk ki, qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən sərnişin təyyarələrinin GPS peyk naviqasiya sistemlərinə qarşı əvvəllər də radiomaneələrin tətbiq edilməsi faktı qeydə alınır. Bu kimi halların hava uçuşlarının təhlükəsizliyinə ciddi təhdid təşkil etdiyi barədə Rusiya sülhməramlı kontingentinin komandanlığına tərəfimizdən dəfələrlə edilən müraciətlərə baxmayaraq heç bir tədbir görülməyib", - MN-in məlumatında deyilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.