https://sputnik.az/20230715/pekin-kenar-olkeleri-cenubi-cin-denizinde-qilinc-oynatmaga-son-qoymaga-cagirib-456831909.html
Pekin kənar ölkələri Cənubi Çin dənizində "qılınc oynatmağa" son qoymağa çağırıb
Pekin kənar ölkələri Cənubi Çin dənizində "qılınc oynatmağa" son qoymağa çağırıb
Sputnik Azərbaycan
Vanq Yi deyib ki, bura yenidən qılınc oynatmaq üçün bu qədər qabaqcıl gəmi və təyyarə göndərməyə ehtiyac yoxdur. 15.07.2023, Sputnik Azərbaycan
2023-07-15T23:21+0400
2023-07-15T23:21+0400
2023-07-15T23:36+0400
pekin
dünya xəbərləri
çin
abş
https://cdnn1.img.sputnik.az/img/42114/29/421142990_0:0:3054:1719_1920x0_80_0_0_b3cc8daf3492748380ed19b747b43b7a.jpg
BAKI, 15 iyul - Sputnik. Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Xarici Əlaqələr Komissiyasının ofisinin rəhbəri Vanq Yi regiondan kənar dövlətləri Cənubi Çin dənizinə hərbi gəmi və təyyarə göndərməyi dayandırmağa çağırıb. Sputnik Azərbaycan-ın RİA Novosti-yə istinadən məlumatına görə, o, belə bəyanatla Şərqi Asiya əməkdaşlığına dair xarici işlər nazirlərinin görüşündə çıxış edib. Siyasətçi bildirib ki, bu ölkələr region dövlətləri arasında fikir ayrılıqlarının yaranmasına son qoymalı və bu yolla öz geosiyasi maraqlarına nail olmağa çalışmamalıdırlar. Vanq Yi onları regional sabitliyin qorunmasında müsbət rol oynamağa çağırıb, əksinə deyil. "Bura yenidən qılınc oynatmaq üçün bu qədər qabaqcıl gəmi və təyyarə göndərməyə ehtiyac yoxdur", - Yi vurğulayıb. Bundan əvvəl Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq bildirmişdi ki, ABŞ Çin sərhədinə hərbi texnika göndərməyi dayandırmalıdır. Bu, respublikanın təhlükəsizliyini və suverenliyini təhdid edir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42114/29/421142990_323:0:3054:2048_1920x0_80_0_0_6636981b5ba5d1d7f40c5fd621a85bd3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
pekin, çin, abş
Pekin kənar ölkələri Cənubi Çin dənizində "qılınc oynatmağa" son qoymağa çağırıb
23:21 15.07.2023 (Yenilənib: 23:36 15.07.2023) Vanq Yi deyib ki, bura yenidən qılınc oynatmaq üçün bu qədər qabaqcıl gəmi və təyyarə göndərməyə ehtiyac yoxdur.
BAKI, 15 iyul - Sputnik. Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Xarici Əlaqələr Komissiyasının ofisinin rəhbəri Vanq Yi regiondan kənar dövlətləri Cənubi Çin dənizinə hərbi gəmi və təyyarə göndərməyi dayandırmağa çağırıb. Sputnik Azərbaycan-ın RİA Novosti-yə istinadən məlumatına görə, o, belə bəyanatla Şərqi Asiya əməkdaşlığına dair xarici işlər nazirlərinin görüşündə çıxış edib.
Siyasətçi bildirib ki, bu ölkələr region dövlətləri arasında fikir ayrılıqlarının yaranmasına son qoymalı və bu yolla öz geosiyasi maraqlarına nail olmağa çalışmamalıdırlar. Vanq Yi onları regional sabitliyin qorunmasında müsbət rol oynamağa çağırıb, əksinə deyil.
"Bura yenidən qılınc oynatmaq üçün bu qədər qabaqcıl gəmi və təyyarə göndərməyə ehtiyac yoxdur", - Yi vurğulayıb.
Bundan əvvəl Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq bildirmişdi ki, ABŞ Çin sərhədinə hərbi texnika göndərməyi dayandırmalıdır. Bu, respublikanın təhlükəsizliyini və suverenliyini təhdid edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.