https://sputnik.az/20230715/mt-turkiyede-40-neferin-olumune-sebeb-olan-hucumun-qisasi-aldi-456830316.html
MİT Türkiyədə 40 nəfərin ölümünə səbəb olan hücumun qisasını aldı
MİT Türkiyədə 40 nəfərin ölümünə səbəb olan hücumun qisasını aldı
Sputnik Azərbaycan
Təşkilat 2020-ci ildə PKK/YPG Afrində 11-i uşaq olmaqla 40 nəfərin ölümünə səbəb olan hücumun təşkilatçısını məhv edib. 15.07.2023, Sputnik Azərbaycan
2023-07-15T14:02+0400
2023-07-15T14:02+0400
2023-07-15T14:11+0400
dünya xəbərləri
türkiyə
terror
terror aktı
https://cdnn1.img.sputnik.az/img/42205/23/422052393_0:160:3072:1888_1920x0_80_0_0_c793852bbb001d9c49ced2f0b881fe17.jpg
BAKI, 15 iyul - Sputnik. Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) uğurlu sərhəd əməliyyatlarını davam etdirir. Nəhayət, Təşkilat 2020-ci ildə PKK/YPG Afrində 11-i uşaq olmaqla 40 nəfərin ölümünə səbəb olan hücumun qisasını alıb. Hücumu təşkil edən Heysem Cuma əməliyyatda öldürülüb. Türk mətbuatının təhlükəsizlik mənbələrindən əldə etdiyi informasiyaya görə, Heysem Əbu Dahham kod adlı Heysem Cumanın bir müddət əvvəl Menbic şəhər mərkəzinə gəldiyinə dair kəşfiyyat məlumatı əldə edilib. Cuma MİT tərəfindən iyulun 9-da Menbic şəhər mərkəzində keçirilən əməliyyatda zərərsizləşdirilib. Terrorçu Heysem Cumanın planlaşdırması nəticəsində 2019-cu ildə Cerablusda 3 motosiklet və 2 avtomobillə təşkil edilən hücumlarla Afrin şəhər mərkəzindəki bazarda bomba yüklü yanacaq tankeri partladılıb. Nəticədə 11-i uşaq olmaqla 40 mülki şəxs həlak olub. Cuma əhalinin sıx olduğu əraziyə bomba yüklü yanacaq tankeri ilə hücumu planlaşdırmaqda, nəticədə 40 nəfərin ölümü və 47 nəfərin yaralanmasına səbəb olmaqda günahlandırılırdı.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42205/23/422052393_171:0:2902:2048_1920x0_80_0_0_934c9e472aeb6bd6b54ec3090a2188cb.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
türkiyə, terror, terror aktı
türkiyə, terror, terror aktı
MİT Türkiyədə 40 nəfərin ölümünə səbəb olan hücumun qisasını aldı
14:02 15.07.2023 (Yenilənib: 14:11 15.07.2023) Təşkilat 2020-ci ildə PKK/YPG Afrində 11-i uşaq olmaqla 40 nəfərin ölümünə səbəb olan hücumun təşkilatçısını məhv edib.
BAKI, 15 iyul - Sputnik. Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) uğurlu sərhəd əməliyyatlarını davam etdirir. Nəhayət, Təşkilat 2020-ci ildə PKK/YPG Afrində 11-i uşaq olmaqla 40 nəfərin ölümünə səbəb olan hücumun qisasını alıb.
Hücumu təşkil edən Heysem Cuma əməliyyatda öldürülüb. Türk mətbuatının təhlükəsizlik mənbələrindən əldə etdiyi informasiyaya görə, Heysem Əbu Dahham kod adlı Heysem Cumanın bir müddət əvvəl Menbic şəhər mərkəzinə gəldiyinə dair kəşfiyyat məlumatı əldə edilib.
Cuma MİT tərəfindən iyulun 9-da Menbic şəhər mərkəzində keçirilən əməliyyatda zərərsizləşdirilib.
Terrorçu Heysem Cumanın planlaşdırması nəticəsində 2019-cu ildə Cerablusda 3 motosiklet və 2 avtomobillə təşkil edilən hücumlarla Afrin şəhər mərkəzindəki bazarda bomba yüklü yanacaq tankeri partladılıb. Nəticədə 11-i uşaq olmaqla 40 mülki şəxs həlak olub.
Cuma əhalinin sıx olduğu əraziyə bomba yüklü yanacaq tankeri ilə hücumu planlaşdırmaqda, nəticədə 40 nəfərin ölümü və 47 nəfərin yaralanmasına səbəb olmaqda günahlandırılırdı.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.