CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Məleykə Abbaszadədən gənclərə tövsiyə

© Sputnik / Murad OrujovMəleykə Abbaszadə
Məleykə Abbaszadə - Sputnik Azərbaycan, 1920, 15.07.2023
Abunə olmaq
DİM sədri deyib ki, insanın həyatını müəyyənləşdirən iki məqam var: istəmək və bacarmaq. Onlardan biri olmayanda, hər şey alt-üst olur.
BAKI, 15 iyul — Sputnik. "Hazırda ölkədə gənclərə olan diqqət, münasibət, onların potensialını açmaq üçün müxtəlif layihələr və imkanlar mövcuddur".
Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə üçüncü "Yüksəliş müsabiqəsinin final mərhələsinin açılış mərasimində çıxışı zamanı deyib.
DİM sədrinin sözlərinə görə, insanın həyatını müəyyənləşdirən iki məqam var. Bunlardan biri istəmək, digəri isə bacarmaqdır:
"Həmin feilləri də birləşdirən düstur var. Düsturun arxasında da əmək və bilik dayanır. Hər ikisi insanda varsa, o, istədiyini bacaracaq. Çünki yalnız istəmək insanı yandırıb məhv edə bilər. Yalnız bacarmaq da insanı məhv edə bilər. Bacarıb nəyisə dağıtmaq da olar. Lakin istəmək və bacarmaq, lazımi düsturu hər kəs özü üçün müəyyən edir, əlaqələrini qurur. Düsturu düzgün tapmaq isə bilik və elmlə bağlıdır".
Xatırladaq ki, bu gün "Bakı Ekspo Mərkəzi"ndə üçüncü "Yüksəliş" müsabiqəsinin final mərhələsinin rəsmi açılış mərasimi baş tutub.
Açılış mərasimində "Yüksəliş Təşkilat Komitəsinin üzvləri, iqtisadiyyat naziri Mikayıl Cabbarov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə iştirak ediblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Üçüncü Yüksəliş müsabiqəsinin final mərhələsinin açılışı  - Sputnik Azərbaycan, 1920, 15.07.2023
CƏMİYYƏT
Üçüncü "Yüksəliş" müsabiqəsinin final mərhələsinin açılışı olub
Xəbər lenti
0