DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Hakan Fidan: Türkiyə misli görünməmiş aclığın qarşısını alıb

Hakan Fidan - Sputnik Azərbaycan, 1920, 15.07.2023
Abunə olmaq
Xarici işlər naziri deyib ki, Türkiyə azad xarici siyasət yürütməkdə davam edəcək.
BAKI, 15 iyul — Sputnik. "Taxıl Dəhlizi sahəsində gördüyümüz işlər misli görünməmiş bir aclığın qarşısını aldı. Bunun müsbət təsiri hər yerdə hiss olunur".
Bunu Türkiyənin Xarici işlər naziri Hakan Fidan Türkiyə-ASEAN Sektoral Dialoq Tərəfdaşlığı Üçtərəfli Toplantısındakı çıxışında səsləndirib.
XİN rəhbəri onu da bildirib ki, Türkiyə azad xarici siyasət yürütməkdə davam edəcək:
"Biz bu mənada ASEAN-a çox bənzəyirik. ASEAN həqiqətən də Cənub-Şərqi Asiya üçün dinc və firavan bir yolun planlaşdırılmasında mühüm rol oynayıb. Bir çoxları bu bölgənin münaqişəyə məhkum olduğunu düşünür. Bununla belə, ASEAN regional problemlərə həll yolları gətirməlidir. Bu mənada mənzərə çox aydındır" (Report).
Qeyd edək ki, H.Fidan Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasına (ASEAN) üzv ölkələrin xarici işlər nazirlərinin illik toplantısında iştirak etmək üçün Cakartadadır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0