https://sputnik.az/20230715/azerbaycanda-neft-qaz-sektorundan-budce-daxilolmalari-2--azalib-456841721.html
Azərbaycanda neft-qaz sektorundan büdcə daxilolmaları 2 % azalıb
Azərbaycanda neft-qaz sektorundan büdcə daxilolmaları 2 % azalıb
Sputnik Azərbaycan
Sektor üzrə daxilolmaların 60 %-i və yaxud 3 987,7 milyon manatı vergi daxilolmaları, 40 %-i və yaxud 2 661 milyon manatı ARDNF-dən transfert olub. 15.07.2023, Sputnik Azərbaycan
2023-07-15T21:49+0400
2023-07-15T21:49+0400
2023-07-15T21:57+0400
iqtisadiyyat
neft
qaz
büdcə
https://cdnn1.img.sputnik.az/img/07e7/05/04/454476582_0:159:3078:1890_1920x0_80_0_0_6a7af5a9345beceff16cb4b9258301ad.jpg
BAKI, 15 iyul - Sputnik. Bu ilin I yarısında Azərbaycanın dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 6 648,7 milyon manat təşkil edib ki, bu da proqnozdan 19,7 % az, ötən ilin eyni dövrü ilə müqayisədə isə 1,5 % azdır.Bu barədə Maliyyə Nazirliyi xəbər verir.Məlumata görə, hesabat dövründə büdcə daxilolmalarında qeyri-neft-qaz sektorunun payı 43 % təşkil edib. Azalma Dövlət Neft Fondundan (ARDNF) nəzərdə tutulandan 2 979 milyon manat az vəsaitin daxil olması ilə əlaqədardır.Sektor üzrə daxilolmaların 60 %-i və yaxud 3 987,7 milyon manatı vergi daxilolmaları, 40 %-i və yaxud 2 661 milyon manatı ARDNF-dən transfert olub.Vergi daxilolmalarının 66 %-i və 2 630,4 milyon manatı "Şahdəniz" qaz-kondensat yatağı üzrə mənfəət vergisi, 24,9 %-i və yaxud 992,5 milyon manatı Dövlət Neft Şirkətinin (SOCAR) ödədiyi müvafiq vergilər, 9,1 %-i və yaxud 364,8 milyon manatı isə "Azəri-Çıraq-Günəşli" neft yatağı üzrə mənfəət vergisinin payına düşüb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/05/04/454476582_174:0:2905:2048_1920x0_80_0_0_765c9650b02d0cdc7426f7cf63e4c478.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
neft, qaz, büdcə
Azərbaycanda neft-qaz sektorundan büdcə daxilolmaları 2 % azalıb
21:49 15.07.2023 (Yenilənib: 21:57 15.07.2023) Sektor üzrə daxilolmaların 60 %-i və yaxud 3 987,7 milyon manatı vergi daxilolmaları, 40 %-i və yaxud 2 661 milyon manatı ARDNF-dən transfert olub.
BAKI, 15 iyul - Sputnik. Bu ilin I yarısında Azərbaycanın dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 6 648,7 milyon manat təşkil edib ki, bu da proqnozdan 19,7 % az, ötən ilin eyni dövrü ilə müqayisədə isə 1,5 % azdır.
Bu barədə Maliyyə Nazirliyi xəbər verir.
Məlumata görə, hesabat dövründə büdcə daxilolmalarında qeyri-neft-qaz sektorunun payı 43 % təşkil edib. Azalma Dövlət Neft Fondundan (ARDNF) nəzərdə tutulandan 2 979 milyon manat az vəsaitin daxil olması ilə əlaqədardır.
Sektor üzrə daxilolmaların 60 %-i və yaxud 3 987,7 milyon manatı vergi daxilolmaları, 40 %-i və yaxud 2 661 milyon manatı ARDNF-dən transfert olub.
Vergi daxilolmalarının 66 %-i və 2 630,4 milyon manatı "Şahdəniz" qaz-kondensat yatağı üzrə mənfəət vergisi, 24,9 %-i və yaxud 992,5 milyon manatı Dövlət Neft Şirkətinin (SOCAR) ödədiyi müvafiq vergilər, 9,1 %-i və yaxud 364,8 milyon manatı isə "Azəri-Çıraq-Günəşli" neft yatağı üzrə mənfəət vergisinin payına düşüb.