DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

ABŞ-ın Suriyada Rusiya ilə döyüşmək planı üzə çıxıb

© AFP 2023 / DELIL SOULEIMANSuriyada ABŞ hərbçiləri, arxiv şəkli
Suriyada ABŞ hərbçiləri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 15.07.2023
Abunə olmaq
Pentaqon rəsmiləri Rusiya hərbçilərinin ABŞ-ın "Reaper" pilotsuz təyyarələrini vurmağa başlayacağından qorxurlar.
BAKI, 15 iyul - Sputnik. ABŞ Suriya səmasında Rusiyaya qarşı durmaq üçün hərbi variantları araşdırır.
Pentaqon rəsmiləri bildiriblər ki, ABŞ Suriyada Rusiya hərbi hava qüvvələrinə qarşı mübarizə variantlarını nəzərdən keçirir. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Associated Press (AP) məlumat yayıb.
Materialın müəlliflərinin fikrincə, ABŞ hakimiyyəti "Suriya səmasında artan Rusiya təcavüzünə qarşı mübarizə aparmaq üçün" bir sıra hərbi variantlar axtarır.
Onlar qeyd ediblər ki, ötən həftə sonu Rusiya hərbçiləri guya Vaşinqtonun İslam Dövləti qruplaşmasının (İŞİD - Rusiyada qadağan olunmuş terror təşkilatı) liderinə zərbə endirməsini çətinləşdiriblər.
Pentaqon rəsmiləri Rusiya hərbçilərinin ABŞ-ın "Reaper" pilotsuz təyyarələrini vurmağa başlayacağından qorxurlar. Eyni zamanda, Vaşinqton Moskvanın belə niyyətlərinə şübhə ilə yanaşır.
Bundan əvvəl Rusiya BMT-nin Suriyaya yardım dəhlizinin işinə veto qoyub. Öz növbəsində ABŞ səfiri Linda Tomas-Qrinfild Vaşinqtonun yardım əməliyyatının bərpası üçün BMT-nin bütün üzvləri ilə işləməyə davam edəcəyini bildirib. O, Rusiyanı öz mövqeyinə yenidən baxmağa çağırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0