Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Yeni yaşayış massivləri ilin sonuna kimi qazla təmin olunacaq

© Sputnik / Anar MustafayevQaz sayğacı, arxiv
Qaz sayğacı, arxiv - Sputnik Azərbaycan, 1920, 14.07.2023
Abunə olmaq
Bu ilin sonuna kimi respublika üzrə 150-yə yaxın yaşayış məntəqəsinin və yeni yaşayış massivinin qazlaşdırılması planlaşdırılıb.
BAKI, 14 iyul — Sputnik. Bu il üçün nəzərdə tutulan qazlaşdırma işləri çərçivəsində 92 kənd və yeni yaşayış massivində daşıyıcı və paylayıcı küçə xətlərin çəkilməsi işləri aparılır.
Bunu SOCAR "Azəriqaz" İstehsalat Birliyinin Yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov "Açıq qapı" aksiyası çərçivəsində bildirib.
Onun sözlərinə görə, daha 60-a yaxın kənd və yeni yaşayış massivində qazlaşdırma işlərinə avqust ayında start verilməsi nəzərdə tutulub.
© Photo : AzeriGas Production Union"Azəriqaz" İB-nin binası, arxiv şəkli
Azəriqaz İB-nin binası, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 14.07.2023
"Azəriqaz" İB-nin binası, arxiv şəkli
Şöbə müdiri onu da qeyd edib ki, bu ilin sonuna kimi respublika üzrə 150-yə yaxın yaşayış məntəqəsinin və yeni yaşayış massivinin qazlaşdırılması planlaşdırılıb.

"Bu ilin kapital qoyuluşu proqramında əsas önəm yeni yaşayış massivlərinin qazlaşdırılmasına verilib", - "Azəriqaz" nümayəndəsi vurğulayıb.

Teymur Cəfərov onu da əlavə edib ki, 2021-ci ilə qədər respublikada qazlaşdırma işləri dövlət vəsaiti hesabına həyata keçirilirdi, lakin hazırda bu işlər "Azəriqaz"ın daxili maliyyə vəsaitləri hesabına reallaşır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0