https://sputnik.az/20230714/xankendi-sousu-sabun-kopuyune-cevrildi---lqar-velizade-456817049.html
Xankəndi şousu sabun köpüyünə çevrildi - İlqar Vəlizadə
Xankəndi şousu sabun köpüyünə çevrildi - İlqar Vəlizadə
Sputnik Azərbaycan
Politoloqun fikrincə, aksiya təşkilatçıları Avropadakı erməni lobbisinə mesaj verirlər ki, Laçın yolu məsələsində Brüsselə təzyiqləri gücləndirsinlər və onlar... 14.07.2023, Sputnik Azərbaycan
2023-07-14T17:33+0400
2023-07-14T17:33+0400
2023-07-14T17:33+0400
siyasət
politoloq
şou
https://cdnn1.img.sputnik.az/img/40864/15/408641529_0:160:3077:1890_1920x0_80_0_0_e48537ece39453f249ea14ace2b699d7.jpg
BAKI, 14 iyul — Sputnik. Xankəndidə təşkil olunmuş bugünkü şounun təşkilatlçıları görünür, Brüssel görüşündən öncə Avropa ictimai-siyasi mühitinə təsir etmək istəyirlər. Bunu politoloq İlqar Vəlizadə özünün Telegram kanalında yazıb. Politoloqun sözlərinə görə aksiya təşkilatçıları Avropadakı erməni lobbisinə mesaj verirlər ki, Laçın yolu məsələsində Brüsselə təzyiqləri gücləndirsinlər və onlar da Bakını güzəştə getməyə məcbur etsinlər. Politoloq hesab edir ki, "divar qəzeti ideoloqlarının iştirakı ilə kənd özfəaliyyət tamaşaları səviyyəsində hazırlanan tədbir" növbəti sabun köpüyünə çevrildi. Amma onun ağır təəssüratı qalır. Qeyd edək ki, Ermənistan Parlamentinin xarici əlaqələr komissiyasının rəhbəri Sarkis Xandanyan bildirib ki, Qarabağın erməni əhalisinin hüquqlarını qorumaq və təhlükəsizliyini təmin etmək üçün Xankəndi Bakı ilə danışıqlar aparmalıdır. Bundan əvvəl Rusiya sülhmərmalı kontingentinin müvəqqəti nəzarətində olan ərazilərdəki qondarma qurumun "dövlət naziri" Qurgen Nersisyan qeyri-müəyyən müddətə ümummilli hərəkatın başladığını elan edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40864/15/408641529_172:0:2903:2048_1920x0_80_0_0_73046b28326f077f21323338e6fc09bc.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
politoloq, şou
Xankəndi şousu sabun köpüyünə çevrildi - İlqar Vəlizadə
Politoloqun fikrincə, aksiya təşkilatçıları Avropadakı erməni lobbisinə mesaj verirlər ki, Laçın yolu məsələsində Brüsselə təzyiqləri gücləndirsinlər və onlar da Bakını güzəştə getməyə məcbur etsinlər.
BAKI, 14 iyul — Sputnik. Xankəndidə təşkil olunmuş bugünkü şounun təşkilatlçıları görünür, Brüssel görüşündən öncə Avropa ictimai-siyasi mühitinə təsir etmək istəyirlər. Bunu politoloq İlqar Vəlizadə özünün Telegram kanalında yazıb.
Politoloqun sözlərinə görə aksiya təşkilatçıları Avropadakı erməni lobbisinə mesaj verirlər ki, Laçın yolu məsələsində Brüsselə təzyiqləri gücləndirsinlər və onlar da Bakını güzəştə getməyə məcbur etsinlər.
"Təsadüfi deyil ki, şounun ikinci hissəsi Rusiya Sülhməramlı Kontingentinin qərargahının yaxınlığında sülhməramlıların "hərəkətsizliyinə" etiraz şüarları ilə keçirilib. Görünür, rusiyapərəst hesab edilən Vitali Balasanyanın həbsi Kremli hansısa yolla hərəkətə gətirməyə, separatçıların Moskvadan incidiyini və Qərbdə dəstək axtardıqlarını göstərməyə hesablanıb", - politoloq yazıb.
Politoloq hesab edir ki, "divar qəzeti ideoloqlarının iştirakı ilə kənd özfəaliyyət tamaşaları səviyyəsində hazırlanan tədbir" növbəti sabun köpüyünə çevrildi. Amma onun ağır təəssüratı qalır.
"Yeri gəlmişkən, bu, 2025-ci ildə regionu tərk edəcək RSK üçün yaxşı arqument ola bilər. Deyə bilərlər ki, axı, özünüz bizdən narazı idiniz, indi bizdən nə istəyirsiniz?", - politoloq fikirlərini yekunlaşdırıb.
Qeyd edək ki, Ermənistan Parlamentinin xarici əlaqələr komissiyasının rəhbəri Sarkis Xandanyan bildirib ki, Qarabağın erməni əhalisinin hüquqlarını qorumaq və təhlükəsizliyini təmin etmək üçün Xankəndi Bakı ilə danışıqlar aparmalıdır.
Bundan əvvəl Rusiya sülhmərmalı kontingentinin müvəqqəti nəzarətində olan ərazilərdəki qondarma qurumun "dövlət naziri" Qurgen Nersisyan qeyri-müəyyən müddətə ümummilli hərəkatın başladığını elan edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.