Сьемка, фото из архива - Sputnik Azərbaycan, 1920
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Turizmin çiçəklənməsi: Azərbaycana turist axınının artmasının səbəbi nədir?

Abunə olmaq
2023-cü ilin yanvar-may aylarında Azərbaycana səfər edən əcnəbilərin sayı 713 min nəfər təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 52% çoxdur. Azərbaycanda turizmin inkişafı üçün yeniliklər və perspektivlər haqqında videomuza baxın.
Quru sərhədlərinin bağlı olmasına baxmayaraq, Azərbaycanda turizm sahəsi canlanma dövrünü yaşayır. Hazırda əsas məqsəd COVID-19 pandemiyasından əvvəlki dövrün göstəricilərinə nail olmaqdır. Bunu Sputnik Azərbaycan-a müsahibəsində Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri Samir Dübəndi söyləyib.
"Hindistan, Pakistan vətəndaşları hesabına Azərbaycana turist axınının coğrafiyası genişlənir, ərəb ölkələrindən gələnlərin sayı artır", - deyə Dübəndi bildirib.
Ekspert vurğulayıb ki, Azərbaycan öz tarixi irsinin qorunmasına diqqət yetirir.
Onun sözlərinə görə, ən populyar daxili turizm istiqamətləri İsmayıllı rayonunun Basqal kəndi, Şəki, Xınalıq və s. olub.
O, həmçinin qeyd edib ki, Azərbaycanda otellərdə yerləşmə qiymətləri ötən illə müqayisədə ciddi dəyişikliklərə məruz qalmayıb.
Ekspert eyni zamanda inflyasiya ilə bağlı qiymət artımının da olduğunu bildirib.
"Azərbaycan Dövlət Turizm Agentliyi qanunvericilik səviyyəsində otellərin təsnifatı, onlara ulduzların verilməsi ilə məşğul olur", - deyə Dübəndi sözünü yekunlaşdırıb.
Xəbər lenti
0