CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İstirahət günlərində milli parklarda gözlənilən hava şəraiti açıqlanıb

© AR Ministry of Ecology and Natural ResourcesHirkan milli parkı, arxiv
Hirkan milli parkı, arxiv - Sputnik Azərbaycan, 1920, 14.07.2023
Abunə olmaq
Samur –Yalama milli parkında iyulun 15-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin 16-da bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.
BAKI, 14 iyul — Sputnik. İstirahət günlərində (iyulun 15-16-da) milli parklarda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Samur –Yalama milli parkında iyulun 15-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin 16-da bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.
Mülayim şərq küləyi əsəcək, 16-da arabir güclənən qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 15-18° isti, gündüz 30-34° 16-da 22-26° isti olacaq.
Altıağac milli parkında havanın sabit, yağmursuz keçəcəyi, lakin 16-da arabir yağış yağacağı gözlənilir.Mülayim şərq küləyi əsəcək, 16-da arabir güclənən qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 15-18° isti, gündüz 29-34° 16-da 24-28° isti olacaq.
Ağgöl milli parkında yağmursuz, sabit hava şəraiti olsada, iyulun 16-da fasilələrlə yağış yağacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək, 16-da arabir güclənən qərb küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 16-19° isti, gündüz 31-36° 16-da 25-29° isti olacaq.
Qızılağac milli parkında cənub zonasına yollanmaq istəyənləri sabit, yağmursuz hava şəraiti gözləsədə, ayın 16-da arabir yağış yağacaq. Mülayim şərq küləyi əsəcək, 16-da arabir güclənən qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 19-22°isti, gündüz 31-35° 16-da 27-30° isti olacaq.
© Photo : AZƏRTACQızılağac milli parkı, arxiv
Heydər Əliyev Fondunun vitse-prezidenti Qızılağac Milli Parkına səfər edib - Sputnik Azərbaycan, 1920, 14.07.2023
Qızılağac milli parkı, arxiv
Göygöl milli parkında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin 16-da fasilələrlə yağış yağacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək, 16-da arabir güclənən qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 17-19° isti , gündüz 22-26° 16-da 18-20° isti olacaq.
Şirvan milli parkında Havanın sabit, yağmursuz keçəcəyi, 16-da isə arabir yağış yağacaq. Mülayim şərq küləyi, 16-da arabir güclənən qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 22-24° isti, gündüz 35-38° 16-da 25-30 ° isti olacaq.
Hirkan milli parkında cənub zonasına yollanmaq istəyənləri sabit, yağmursuz hava şəraiti gözləsədə, ayın 16-da arabir yağış yağacaq. Mülayim şərq küləyi, 16-da arabir güclənən qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 19-22° isti, gündüz 32-35° 16-da 27-30° isti olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0