https://sputnik.az/20230714/salyanda-kur-cayinin-seviyyesi-minimum-hedden-asagi-dusub-nasoslarin-fealiyyeti-dayanib-456790892.html
Salyanda Kür çayının səviyyəsi minimum həddən aşağı düşüb, nasosların fəaliyyəti dayanıb
Salyanda Kür çayının səviyyəsi minimum həddən aşağı düşüb, nasosların fəaliyyəti dayanıb
Sputnik Azərbaycan
Qısa müddətdə Mingəçevir su anbarından Kürə buraxılan su artırılmaqla çayda suyun səviyyəsi tənzimlənməlidir. 14.07.2023, Sputnik Azərbaycan
2023-07-14T13:25+0400
2023-07-14T13:25+0400
2023-07-14T13:25+0400
kür çayı
cəmiyyət
nasos
mingəçevir
https://cdnn1.img.sputnik.az/img/42433/02/424330223_0:268:3069:1994_1920x0_80_0_0_3fe6867d48190c862ef25eb90e785b4c.jpg
BAKI, 14 iyul — Sputnik. Salyan rayonu ərazisində Kür çayında suyun səviyyəsi minimum həddən aşağı düşdüyündən əksər nasosların fəaliyyəti dayanıb. Bu ərazidə suyun səviyyəsi son bir həftədə 1 metrdən çox aşağı düşüb. Suyun azalması dayanıqlı və üzən su nasoslarının işləməsində ciddi çətinliklər yaradıb. Dayanıqlı su nasoslarının əksər boruları suyun səthindən yuxarıda qalıb. Üzən su nasoslarının məhsuldarlığı isə xeyli aşağı düşüb. Fermerlərin sözlərinə görə, su qıtlığı yarandığından pambıq, yonca və digər sahələrinin suvarılmasında çətinliklər yaranıb. Mütəxəssislərin fikrincə, qısa müddətdə Mingəçevir su anbarından Kür çayına buraxılan su artırılmaqla çayda suyun səviyyəsi tənzimlənməlidir. Əgər bu, öz həllini tapmazsa, Kür çayının aşağı axınında vəziyyət kritik həddə çata bilər.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42433/02/424330223_146:0:2877:2048_1920x0_80_0_0_597b068fe2af0903059670292bd3c144.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
kür çayı, nasos, mingəçevir
kür çayı, nasos, mingəçevir
Salyanda Kür çayının səviyyəsi minimum həddən aşağı düşüb, nasosların fəaliyyəti dayanıb
Qısa müddətdə Mingəçevir su anbarından Kürə buraxılan su artırılmaqla çayda suyun səviyyəsi tənzimlənməlidir.
BAKI, 14 iyul — Sputnik. Salyan rayonu ərazisində Kür çayında suyun səviyyəsi minimum həddən aşağı düşdüyündən əksər nasosların fəaliyyəti dayanıb.
Bu ərazidə suyun səviyyəsi son bir həftədə 1 metrdən çox aşağı düşüb. Suyun azalması dayanıqlı və üzən su nasoslarının işləməsində ciddi çətinliklər yaradıb. Dayanıqlı su nasoslarının əksər boruları suyun səthindən yuxarıda qalıb. Üzən su nasoslarının məhsuldarlığı isə xeyli aşağı düşüb.
Fermerlərin sözlərinə görə, su qıtlığı yarandığından pambıq, yonca və digər sahələrinin suvarılmasında çətinliklər yaranıb.
Mütəxəssislərin fikrincə, qısa müddətdə Mingəçevir su anbarından Kür çayına buraxılan su artırılmaqla çayda suyun səviyyəsi tənzimlənməlidir. Əgər bu, öz həllini tapmazsa, Kür çayının aşağı axınında vəziyyət kritik həddə çata bilər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.