https://sputnik.az/20230714/sahibkarlari-narahat-eden-cetinlikler-hele-de-movcuddur---nam-kerimov-456811565.html
Sahibkarları narahat edən çətinliklər hələ də mövcuddur - İnam Kərimov
Sahibkarları narahat edən çətinliklər hələ də mövcuddur - İnam Kərimov
Sputnik Azərbaycan
Ali Məhkəmənin sədri bildirib ki, son islahatlar çərçivəsində Ali Məhkəmə tərəfindən digər orqanlarla birgə təhlillər apararaq qabaqcıl beynəlxalq təcrübə... 14.07.2023, Sputnik Azərbaycan
2023-07-14T23:11+0400
2023-07-14T23:11+0400
2023-07-14T23:11+0400
inam kərimov
iqtisadiyyat
ali məhkəmə
islahat
https://cdnn1.img.sputnik.az/img/42250/52/422505247_0:0:2000:1125_1920x0_80_0_0_07f2715768bc77e79c14060d1f26ed1a.jpg
BAKI, 14 iyul — Sputnik. "Hazırda inzibati məhkəmələr müstəsna olaraq inzibati mübahisələrə, kommersiya məhkəmələri isə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan kommersiya mübahisələrə baxırlar". Bunu Ali Məhkəmənin sədri İnam Kərimov "Femida Dialoq Platforması sahibkarlarla görüş" adlı tədbirdə çıxışı zamanı deyib. Onun sözlərinə görə, bu dəyişikliklə ixtisaslaşmanın artırılmasına şərait yaradıldı, məhkəmə quruluşu optimallaşdırıldı və məhkəmələrdə iş yükünün daha balanslaşdırılmış bölgüsü təmin edildi:İ.Kərimov diqqətə çatdırıb ki, ölkəmizdə məhkəmə sistemində davamlı islahatlar aparılır, ancaq sahibkarları narahat edən, dövrümüzün tələblərinə uyğun olaraq gündəlik təcrübədə rastlaşdıqları çətinliklər hələ də mövcuddur:"Ali Məhkəmə olaraq biz hər zaman dialoqa və üzərimizə düşənləri etməyə hazırıq. O məsələlər ki, dövlətə və məhkəmə hakimiyyətinə aiddir və fundamental əhəmiyyət daşıyır. Qanunvericiliyə edilən son dəyişikliklərlə Ali Məhkəmənin vahid məhkəmə təcrübəsinin formalaşdırmaq vəzifəsi təsbit edilib. Vahid məhkəmə təcrübəsi ölkənin hüquq sistemi üçün, eləcə də sahibkarlar üçün böyük əhəmiyyətə malikdir".Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42250/52/422505247_227:0:2000:1330_1920x0_80_0_0_d4f78daf73df1b72aea62fd0aea07c31.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
inam kərimov, ali məhkəmə, islahat
inam kərimov, ali məhkəmə, islahat
Sahibkarları narahat edən çətinliklər hələ də mövcuddur - İnam Kərimov
Ali Məhkəmənin sədri bildirib ki, son islahatlar çərçivəsində Ali Məhkəmə tərəfindən digər orqanlarla birgə təhlillər apararaq qabaqcıl beynəlxalq təcrübə öyrənilib.
BAKI, 14 iyul — Sputnik. "Hazırda inzibati məhkəmələr müstəsna olaraq inzibati mübahisələrə, kommersiya məhkəmələri isə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan kommersiya mübahisələrə baxırlar".
Bunu Ali Məhkəmənin sədri İnam Kərimov "Femida Dialoq Platforması sahibkarlarla görüş" adlı tədbirdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu dəyişikliklə ixtisaslaşmanın artırılmasına şərait yaradıldı, məhkəmə quruluşu optimallaşdırıldı və məhkəmələrdə iş yükünün daha balanslaşdırılmış bölgüsü təmin edildi:
"Yeni kommersiya məhkəmələrinin fəaliyyətə başlaması sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrin həllində hüquqi müəyyənliyin təmin edilməsi, sahibkarların hüquqlarının müdafiəsinin daha da gücləndirilməsi və biznes mühitinin yaxşılaşdırılması istiqamətində atılmış mühüm addım oldu. Bu eləcə də sahibkarlığın inkişafına sistemli və ardıcıl dövlət dəstəyinin daha bir nümunəsidir. Ali Məhkəmə məhkəmə islahatlarının mərkəzində yer alır. Son islahatlar çərçivəsində Ali Məhkəmə tərəfindən digər orqanlarla birgə təhlillər apararaq qabaqcıl beynəlxalq təcrübə öyrənilib".
İ.Kərimov diqqətə çatdırıb ki, ölkəmizdə məhkəmə sistemində davamlı islahatlar aparılır, ancaq sahibkarları narahat edən, dövrümüzün tələblərinə uyğun olaraq gündəlik təcrübədə rastlaşdıqları çətinliklər hələ də mövcuddur:
"Ali Məhkəmə olaraq biz hər zaman dialoqa və üzərimizə düşənləri etməyə hazırıq. O məsələlər ki, dövlətə və məhkəmə hakimiyyətinə aiddir və fundamental əhəmiyyət daşıyır. Qanunvericiliyə edilən son dəyişikliklərlə Ali Məhkəmənin vahid məhkəmə təcrübəsinin formalaşdırmaq vəzifəsi təsbit edilib. Vahid məhkəmə təcrübəsi ölkənin hüquq sistemi üçün, eləcə də sahibkarlar üçün böyük əhəmiyyətə malikdir".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.