https://sputnik.az/20230714/rusiya-neft-hasilati-proqnozunu-515-milyon-ton-seviyyesinde-saxlayir---novak-456780020.html
Rusiya neft hasilatı proqnozunu 515 milyon ton səviyyəsində saxlayır - Novak
Rusiya neft hasilatı proqnozunu 515 milyon ton səviyyəsində saxlayır - Novak
Sputnik Azərbaycan
2022-ci ilin sonunda Rusiya Federasiyasında neft hasilatı 535 milyon ton təşkil edib ki, bu da əvvəlki il ilə müqayisədə 2% çoxdur. 14.07.2023, Sputnik Azərbaycan
2023-07-14T07:42+0400
2023-07-14T07:42+0400
2023-07-14T07:42+0400
neft
neft-qaz
hasilat
aleksandr novak
rusiyanın energetika naziri aleksandr novak
rusiya
https://cdnn1.img.sputnik.az/img/07e7/05/04/454476670_0:101:2360:1429_1920x0_80_0_0_2b593e01133904d287b4c3b70e84ce48.jpg
BAKI, 13 iyul — Sputnik. OPEC+ çərçivəsində hasilatın azaldılması qərarlarını nəzərə alaraq, Rusiya 2023-cü ildə neft hasilatı üzrə proqnozunu 515 milyon ton səviyyəsində saxlayır. Bunu Rusiya Baş nazirinin müavini Aleksandr Novak jurnalistlərə bildirib. "Biz 2023-cü il üçün hədəflərimizi dəyişməmişik. Bu, artıq qəbul edilmiş qərarları nəzərə alır. 2024-cü il üçün hazırda bütün federal icra hakimiyyəti orqanları, nazirliklərlə razılaşdırılan proqnoz formalaşdırılır. Düşünürəm ki, yaxın aylarda proqnozlar artıq açıq olacaq", - o, TASS-ın sualını cavablandırarkən deyib. 2022-ci ilin sonunda Rusiya Federasiyasında neft hasilatı 535 milyon ton təşkil edib ki, bu da əvvəlki il ilə müqayisədə 2% çoxdur. İxrac isə 7% artıb. Novak daha əvvəl bildirmişdi ki, Rusiya avqust ayında ixracı azaltmaqla bazarlara neft tədarükünü könüllü olaraq gündəlik 500 min barel azaltmağa qərar verib. Mart ayında Rusiya Federasiyası könüllü olaraq neft hasilatını fevral ayının orta göstəricisindən sutkada 500 min barel azaltmağa başlayıb. Bu azalmanın qüvvədə olma müddəti əvvəlcə iyun ayına qədər, sonra isə 2023-cü ilin sonuna qədər uzadılıb. İyunun 4-də Vyanada baş tutan OPEC+ görüşündən sonra isə hasilatın könüllü azaldılması qərarı 2024-cü ilin sonuna qədər uzadılıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/05/04/454476670_161:0:2200:1529_1920x0_80_0_0_18cfc201c29c96a8b660682fc2c7c1cd.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
neft, hasilat, aleksandr novak, rusiyanın energetika naziri aleksandr novak, rusiya
neft, hasilat, aleksandr novak, rusiyanın energetika naziri aleksandr novak, rusiya
Rusiya neft hasilatı proqnozunu 515 milyon ton səviyyəsində saxlayır - Novak
2022-ci ilin sonunda Rusiya Federasiyasında neft hasilatı 535 milyon ton təşkil edib ki, bu da əvvəlki il ilə müqayisədə 2% çoxdur.
BAKI, 13 iyul — Sputnik. OPEC+ çərçivəsində hasilatın azaldılması qərarlarını nəzərə alaraq, Rusiya 2023-cü ildə neft hasilatı üzrə proqnozunu 515 milyon ton səviyyəsində saxlayır. Bunu Rusiya Baş nazirinin müavini Aleksandr Novak jurnalistlərə bildirib.
"Biz 2023-cü il üçün hədəflərimizi dəyişməmişik. Bu, artıq qəbul edilmiş qərarları nəzərə alır. 2024-cü il üçün hazırda bütün federal icra hakimiyyəti orqanları, nazirliklərlə razılaşdırılan proqnoz formalaşdırılır. Düşünürəm ki, yaxın aylarda proqnozlar artıq açıq olacaq", - o, TASS-ın sualını cavablandırarkən deyib.
2022-ci ilin sonunda Rusiya Federasiyasında neft hasilatı 535 milyon ton təşkil edib ki, bu da əvvəlki il ilə müqayisədə 2% çoxdur. İxrac isə 7% artıb.
Novak daha əvvəl bildirmişdi ki, Rusiya avqust ayında ixracı azaltmaqla bazarlara neft tədarükünü könüllü olaraq gündəlik 500 min barel azaltmağa qərar verib. Mart ayında Rusiya Federasiyası könüllü olaraq neft hasilatını fevral ayının orta göstəricisindən sutkada 500 min barel azaltmağa başlayıb. Bu azalmanın qüvvədə olma müddəti əvvəlcə iyun ayına qədər, sonra isə 2023-cü ilin sonuna qədər uzadılıb. İyunun 4-də Vyanada baş tutan OPEC+ görüşündən sonra isə hasilatın könüllü azaldılması qərarı 2024-cü ilin sonuna qədər uzadılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.