Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Ölkədə fəaliyyət göstərən və verdikləri diplomlar tanınan xarici ali məktəblər - Siyahı

© pixabay / Olichel AdamovichDiplom, arxiv
Diplom, arxiv - Sputnik Azərbaycan, 1920, 14.07.2023
Abunə olmaq
TKTA diplomlari ölkə ərazisində taninmayan xarici təhsil müəssisələrinin filiallari barədə məlumat yayıb.
BAKI, 14 iyul - Sputnik. Dövlət təhsil müəssisələri istisna olmaqla Azərbaycan Respublikası ərazində fəaliyyət göstərən digər bütün təhsil müəssisələri qanunla müəyyən edilmiş qaydada lisenziya almalıdır. Bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin saytında yerləşdirilmiş məlumatda deyilir.
Qeyd edilir ki, ali təhsil müəssisəsinin lisenziyalaşdırılması onun müvafiq təhsil səviyyələri üzrə dövlət tərəfindən müəyyən edilmiş təhsil standartlarına və normativlərinə cavab verməsini təsdiq edir. Buna baxmayaraq, bir sıra dövlətlərin ali təhsil müəssislərinin filialları ölkə ərazisində müvafiq lisenziya əldə etmədən qanunsuz fəaliyyət göstərdiyi üçün onların fəaliyyəti müvafiq məhkəmə qərarları ilə dayandırılıb.
O da vurğulanır ki, Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən yalnız aşağıda adları qeyd edilən xarici ali təhsil müəssisələrinin fəaliyyəti lisenziyalaşdırılmış və onlar tərəfindən (göstərilən illər ərzində) verilən diplomlar üzrə alınan ixtisaslar ölkə ərazisində tanınır:
1.
Moskva Dövlət Açıq Universiteti (19.11.2007-ci il - 01.09.2010-cu illər ərzində);
2.
Moskva Əmək və Sosial Münasibətlər Akademiyası (1999-2005-ci illər ərzində);
3.
M.V.Lomonosov adına Moskva Dövlət Universiteti (fəaliyyətə başladığı tarixdən (27.02.2009-cu ildən) etibarən);
4.
İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti (fəaliyyətə başladığı tarixdən (15.05.2015-ci ildən) etibarən).

"Beləliklə, yuxarıda göstərilmiş siyahıda qeyd olunmayan xarici təhsil müəssisələrinin Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərmiş filialları müvafiq lisenziya əldə etmədikləri üçün həmin müəssisələr tərəfindən verilən təhsil sənədləri ölkə ərazisində tanınmır", - deyə məlumatda bildirilir.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0