CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Milli Məclisin deputatı vəfat edib

© Sputnik / Murad OrujovMilli Məclisin binası
Milli Məclisin binası
 - Sputnik Azərbaycan, 1920, 14.07.2023
Abunə olmaq
Madər Musayev 26 noyabr 1947-ci ildə Bakı şəhərində anadan olub, Moskva Kooperativ İnstitutu Bakı filialının sənaye əmtəəşünaslığı və ticarətin təşkili fakültəsini bitirib.
BAKI, 14 iyul — Sputnik. Milli Məclisin deputatı Madər Musayev vəfat edib.
Bu barədə deputatın yaxınları məlumat verib.
© Photo : From the personal archive of Mader MusayevMadər Musayev
Madər Musayev - Sputnik Azərbaycan, 1920, 14.07.2023
Madər Musayev
Qeyd edək ki, Madər Musayev 26 noyabr 1947-ci ildə Bakı şəhərində anadan olub. Moskva Kooperativ İnstitutu Bakı filialının sənaye əmtəəşünaslığı və ticarətin təşkili fakültəsini bitirib. 1964-cü ildən Bakı şəhərində satıcı şagirdi, kiçik satıcı, baş satıcı, 1971-ci ildən mağaza müdiri, 1976-cı ildən universamda baş satıcı işləyib. 1986–1995-ci illərdə "Bahar" ticarət mərkəzinin müdiri vəzifəsində çalışıb.
XII çağırış Azərbaycan Respublikası Ali Sovetinin, I , II, III, IV, V və VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.
"Şöhrət" və "Şərəf" ordenləri, 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0