DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Gürcü səfir Yaponiyada hücuma məruz qaldı

© AP Photo / Eugene HoshikoYaponiyada polis, arxiv şəkli
Yaponiyada polis, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 14.07.2023
Abunə olmaq
Hücumdan əvvəl "yol-nəqliyyat hadisəsi" baş verib, xəsarət alanların olmadığı qeyd edilib.
BAKI, 14 iyul — Sputnik. Gürcüstanın Yaponiyadakı səfiri Teymuraz Lejava Tokioda hücuma məruz qalıb.
Səfir naməlum şəxsin ön qapıdan arxa oturacağa keçməyə çalışdığı bir saniyəlik videonu yayıb.
Qəfildən o, səfirlik maşınının qapısını açıb və hücuma keçib.
"Bu, biabırçılıqdır. Səfirlik sürücüsünə soyuqqanlı davranışına görə minnətdaram. Biz Yaponiya hüquq-mühafizə orqanlarının hadisəni araşdıracağına ümid edirik", - Lejava "Twitter"də yazıb.
Eyni zamanda, Kyodo agentliyi hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən xəbər verir ki, hücumdan dərhal əvvəl "yol-nəqliyyat hadisəsi" baş verib. Lakin həqiqətdə nəyin baş verdiyi məlum deyil. Hadisə zamanı xəsarət alanların olmadığı qeyd edilib.
"Narahat olan hər kəsə təşəkkür edirəm. Xoşbəxtlikdən zərər görmədim. Ancaq bu hadisə çoxlu narahatlığa səbəb oldu. Zorakılıq ifadə vasitəsi kimi istifadə edilməməlidir, bu, qəbuledilməzdir", - Lejava yazıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0