https://sputnik.az/20230714/ermenistan-rehberliyi-secim-qarsisindadir-ntihar-yoxsa-sulh-456778720.html
Ermənistan rəhbərliyi seçim qarşısındadır: İntihar yoxsa, sülh?
Ermənistan rəhbərliyi seçim qarşısındadır: İntihar yoxsa, sülh?
Sputnik Azərbaycan
Azərbaycan Müdafiə Nazirliyi son vaxtlar qanunsuz erməni silahlı birləşmələri tərəfindən ordumuzun mövqelərinin atəşə tutulması barədə mütəmadi məlumatlar... 14.07.2023, Sputnik Azərbaycan
2023-07-14T08:35+0400
2023-07-14T08:35+0400
2023-07-14T08:35+0400
ermənistan
siyasət
görüş
politoloq
qərb
cənubi qafqaz
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e7/05/05/454516381_1481:299:2003:593_1920x0_80_0_0_69059ca53c6a7f30cc55142838439b23.jpg
BAKI, 14 iyul — Sputnik. Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında açıqlayıb ki, iyulun 15-də Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin də iştirakı ilə üçtərəfli görüş keçiriləcək. Görüş öncəsi ABŞ Dövlət Katibi Antoni Blinken də İlham Əliyevə zəng edib. Paşinyan hökumətin iclasında görüş zamanı sülh sazişi üzrə danışıqlarda irəliləyişin qeydə alınacağına ümid etdiyini deyib. Qeyd edək ki, bir müddətdir Azərbaycan Müdafiə Nazirliyi qanunsuz erməni silahlı birləşmələri tərəfindən ordumuzun mövqelərinin atəşə tutulması barədə mütəmadi məlumatlar yayır. Münaqişə bölgəsində baş verən son hadisələr Brüssel görüşün nəticələrinə təsir edə bilərmi? Brüsseldən başqa hansı gözləntilər var? Millət vəkili Elman Nəsirov və politoloq İlyas Hüseynov Sputnik Azərbaycan-a açıqlamalarında bu suallara cavab veriblər. Paşinyan sələflərinin ənənəsini davam etdirir Millət vəkili Elman Nəsirov bildirib ki, Paşinyan da sələflərinin ənənəsini davam etdirir və müsbət bir dinamika ortaya çıxan kimi təxribat planlarını işə salır: "Ermənistan tərəfi tarixin obyektiv inkişaf yolunu gözardı etməyə, ona qarşı çıxmağa çalışır. Paşinyan və komandası, eləcə də digər revanşist qüvvələr nə qədər siyasi hoqqabazlıqlarla məşğul olsalar da, reallıqları qəbul etməyə məcburdurlar". Bu addım Ermənistan hərbi, siyasi rəhbərliyi üçün intihara bərabərdir Elman Nəsirov deyib ki, əks halda reallıqlar onları yox edəcək: "Ermənistan tərəfinin qarşısında iki seçim var: ya Azərbaycanla yenidən müharibə vəziyyətinə qayıtmaq, ya da sülh müqaviləsini imzalamaq, münasibətləri tənzimləmək. Birincini seçmək Ermənistan hərbi-siyasi rəhbərliyi üçün intihara bərabərdir. 2020-ci ildə 44 gün ərzində zəfər tarixi yazan Azərbaycan ordusu, 2023-cü ildə bundan qat-qat artığını etməyə qadirdir. Bu baxımdan hərbi toqquşmanın olacağını istisna edirəm, Ermənistan buna getməz". Millət vəkilinin fikrincə, ikinci variantın tətbiqi elə də asan deyil: "Çünki Ermənistandakı revanşistlər və onların tərəfdarları Paşinyan hansısa konstruktiv addım atmaq istədikdə onu milli xəyanətdə ittiham edirlər. Bu baxımdan Ermənistanın Baş naziri manevrlər edir və buna məhkumdur. Qarşıdakı Brüssel görüşü öncəsi Azərbaycan prezidenti ölkəmizin mövqeyini bir daha aydın şəkildə ifadə etdi. O qeyd etdi ki, artıq Ermənistanın mövqeyində müəyyən konstruktiv dəyişikliklər var". Paşinyan hərbi təxribatların törədilməsinə mane olmur "Paşinyan Azərbaycanın Qarabağ və anklavlar daxil olmaqla ərazi bütövlüyünü tanıdığını bildirir. Belə olan təqdirdə onu xəyanətkar adlandırırlar. Bu şəraitdə o müxtəlif manevrlərə gedir, hərbi təxribatların törədilməsinə mane olmur. Bütün bunlara baxmayaraq, məncə addım-addım sülhə yaxınlaşırıq. Brüssel görüşündə də növbəti irəliləyişin əldə edilməsi üçün münbit şərait olacaq", - deyə millət vəkili fikirlərini yekunlaşdırıb. Hazırki görüş daha aktualdır və regionun gələcəyi üçün əhəmiyyət kəsb edir Politoloq İlyas Hüseynov isə bildirib ki, hazırki görüş daha aktualdır və regionun gələcəyi üçün əhəmiyyət kəsb edir: "Diplomatik təmaslar intensiv olduğu qədər, Ermənistanın hərbi təxribatlarının da ardı-arası kəsilmir. Ermənistan mütləq surətdə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməli, məsuliyyətini anlamalı və region hərbisizləşdirilməlidir. Əks-təqdirdə yenidən hərbi eskalasiyanın baş verəcəyi istisna edilmir. Azərbaycan müəyyən preventiv tədbirlərin görülməsi təcrübəsinə malikdir və bu məsələlərdə prinsipialdır". Şimal qonşumuz ali səviyyədə keçirilən görüşlərə müəyyən qədər yumşaq münasibət sərgiləyir Politoloq Qərb müstəvisində keçirilən görüşə Rusiyanın yanaşmasına da toxunub və qeyd edib, Şimal qonşumuz ali səviyyədə keçirilən görüşlərə müəyyən qədər yumşaq münasibət sərgiləyir: "Cənubi Qafqazda gedən inteqrasiya proseslərində və sülh quruculuğunda Qərb ilə yanaşı Rusiya da vasitəçilik edir. Rusiya vasitəçi kimi görünməyə çalışsa da, üçtərəfli bəyanatı imzalayan tərəflərdən biridir. Bu baxımdan Qərb siyasi müstəvidə fəallığını artırmağa çalışır".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/05/05/454516381_1460:236:1933:591_1920x0_80_0_0_9dbba69ee07501cc4f232560a4c9cd6b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ermənistan, görüş, politoloq, qərb, cənubi qafqaz, azərbaycan
ermənistan, görüş, politoloq, qərb, cənubi qafqaz, azərbaycan
Ermənistan rəhbərliyi seçim qarşısındadır: İntihar yoxsa, sülh?
Azərbaycan Müdafiə Nazirliyi son vaxtlar qanunsuz erməni silahlı birləşmələri tərəfindən ordumuzun mövqelərinin atəşə tutulması barədə mütəmadi məlumatlar yayır.
BAKI, 14 iyul — Sputnik. Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında açıqlayıb ki, iyulun 15-də Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin də iştirakı ilə üçtərəfli görüş keçiriləcək.
Görüş öncəsi ABŞ Dövlət Katibi Antoni Blinken də İlham Əliyevə zəng edib.
Paşinyan hökumətin iclasında görüş zamanı sülh sazişi üzrə danışıqlarda irəliləyişin qeydə alınacağına ümid etdiyini deyib.
Qeyd edək ki, bir müddətdir Azərbaycan Müdafiə Nazirliyi qanunsuz erməni silahlı birləşmələri tərəfindən ordumuzun mövqelərinin atəşə tutulması barədə mütəmadi məlumatlar yayır. Münaqişə bölgəsində baş verən son hadisələr Brüssel görüşün nəticələrinə təsir edə bilərmi? Brüsseldən başqa hansı gözləntilər var? Millət vəkili Elman Nəsirov və politoloq İlyas Hüseynov Sputnik Azərbaycan-a açıqlamalarında bu suallara cavab veriblər.
Paşinyan sələflərinin ənənəsini davam etdirir
Millət vəkili Elman Nəsirov bildirib ki, Paşinyan da sələflərinin ənənəsini davam etdirir və müsbət bir dinamika ortaya çıxan kimi təxribat planlarını işə salır:
"Ermənistan tərəfi tarixin obyektiv inkişaf yolunu gözardı etməyə, ona qarşı çıxmağa çalışır. Paşinyan və komandası, eləcə də digər revanşist qüvvələr nə qədər siyasi hoqqabazlıqlarla məşğul olsalar da, reallıqları qəbul etməyə məcburdurlar".
Bu addım Ermənistan hərbi, siyasi rəhbərliyi üçün intihara bərabərdir
Elman Nəsirov deyib ki, əks halda reallıqlar onları yox edəcək: "Ermənistan tərəfinin qarşısında iki seçim var: ya Azərbaycanla yenidən müharibə vəziyyətinə qayıtmaq, ya da sülh müqaviləsini imzalamaq, münasibətləri tənzimləmək. Birincini seçmək Ermənistan hərbi-siyasi rəhbərliyi üçün intihara bərabərdir. 2020-ci ildə 44 gün ərzində zəfər tarixi yazan Azərbaycan ordusu, 2023-cü ildə bundan qat-qat artığını etməyə qadirdir. Bu baxımdan hərbi toqquşmanın olacağını istisna edirəm, Ermənistan buna getməz".
Millət vəkilinin fikrincə, ikinci variantın tətbiqi elə də asan deyil: "Çünki Ermənistandakı revanşistlər və onların tərəfdarları Paşinyan hansısa konstruktiv addım atmaq istədikdə onu milli xəyanətdə ittiham edirlər. Bu baxımdan Ermənistanın Baş naziri manevrlər edir və buna məhkumdur. Qarşıdakı Brüssel görüşü öncəsi Azərbaycan prezidenti ölkəmizin mövqeyini bir daha aydın şəkildə ifadə etdi. O qeyd etdi ki, artıq Ermənistanın mövqeyində müəyyən konstruktiv dəyişikliklər var".
Paşinyan hərbi təxribatların törədilməsinə mane olmur
"Paşinyan Azərbaycanın Qarabağ və anklavlar daxil olmaqla ərazi bütövlüyünü tanıdığını bildirir. Belə olan təqdirdə onu xəyanətkar adlandırırlar. Bu şəraitdə o müxtəlif manevrlərə gedir, hərbi təxribatların törədilməsinə mane olmur. Bütün bunlara baxmayaraq, məncə addım-addım sülhə yaxınlaşırıq. Brüssel görüşündə də növbəti irəliləyişin əldə edilməsi üçün münbit şərait olacaq", - deyə millət vəkili fikirlərini yekunlaşdırıb.
Hazırki görüş daha aktualdır və regionun gələcəyi üçün əhəmiyyət kəsb edir
Politoloq İlyas Hüseynov isə bildirib ki, hazırki görüş daha aktualdır və regionun gələcəyi üçün əhəmiyyət kəsb edir: "Diplomatik təmaslar intensiv olduğu qədər, Ermənistanın hərbi təxribatlarının da ardı-arası kəsilmir. Ermənistan mütləq surətdə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməli, məsuliyyətini anlamalı və region hərbisizləşdirilməlidir. Əks-təqdirdə yenidən hərbi eskalasiyanın baş verəcəyi istisna edilmir. Azərbaycan müəyyən preventiv tədbirlərin görülməsi təcrübəsinə malikdir və bu məsələlərdə prinsipialdır".
Şimal qonşumuz ali səviyyədə keçirilən görüşlərə müəyyən qədər yumşaq münasibət sərgiləyir
Politoloq Qərb müstəvisində keçirilən görüşə Rusiyanın yanaşmasına da toxunub və qeyd edib, Şimal qonşumuz ali səviyyədə keçirilən görüşlərə müəyyən qədər yumşaq münasibət sərgiləyir: "Cənubi Qafqazda gedən inteqrasiya proseslərində və sülh quruculuğunda Qərb ilə yanaşı Rusiya da vasitəçilik edir. Rusiya vasitəçi kimi görünməyə çalışsa da, üçtərəfli bəyanatı imzalayan tərəflərdən biridir. Bu baxımdan Qərb siyasi müstəvidə fəallığını artırmağa çalışır".