SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın Azərbaycana qarşı iddiasını rədd edib

© AFP 2024 / Guus Schoonewille / ANPBeynəlxalq Ədalət Məhkəməsi
Beynəlxalq Ədalət Məhkəməsi - Sputnik Azərbaycan, 1920, 14.07.2023
Abunə olmaq
Məhkəmə Ermənistanın 22 fevral 2023-cü il tarixli Qərarında dəyişiklik edilməsi barədə tələbini rədd edib.
BAKI, 14 iyul - Sputnik. Beynəlxalq Ədalət Məhkəməsi iyulun 6-da qəbul etdiyi qərarla Ermənistanın Azərbaycana qarşı irqi ayrıseçkiliyin bütün formalarının ləğv edilməsi iddiasını rədd edib.
Bu barədə Beynəlxalq Ədalət Məhkəməsinin saytı məlumat yayıb.
Məhkəmənin qərarı ilə Ermənistanın Azərbaycana qarşı 22 fevral 2023-cü il tarixli iddiası rədd edilib.
Qeyd edək ki, daha əvvəl Beynəlxalq Ədalət Məhkəməsinin 11 iyul 2023-cü il tarixində dərc edilmiş 6 iyul 2023-cü il tarixli qərarında qeyd edildiyi kimi, məhkəmə İrqi Ayrı-seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi üzrə Beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı Ermənistan Azərbaycana qarşı məhkəmə işi üzrə 22 fevral 2023-cü il tarixli Qərarında dəyişiklik edilməsi məqsədilə Ermənistanın 12 may 2023-cü il tarixli tələbini yekdilliklə rədd edib.
Xatırladaq ki, ötən gün İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müvəqqəti təmin tədbirlərinin tətbiqi ilə bağlı Ermənistan Azərbaycana qarşı məhkəmə işi üzrə Ermənistanın 2023-cü il 21 iyun tarixli tələbini tamamilə rədd edib.
Belə ki, Avropa Məhkəməsi Ermənistanın sərhəd nəzarət buraxılış məntəqəsinin aradan qaldırılması ilə bağlı tələbinin əsassız olduğuna dair qərar qəbul edib.
Avropa Məhkəməsi nəzarət-buraxılış məntəqəsinin Laçın yolu boyunca hərəkətə mane olduğunu və Azərbaycanın 2022-ci ilin 21 dekabr tarixli Qərarını pozduğunu müəyyən etməyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Зал заседания суда, фото из архива - Sputnik Azərbaycan, 1920, 07.07.2023
DÜNYA XƏBƏRLƏRİ
Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın vəsatətini rədd edib
Xəbər lenti
0