https://sputnik.az/20230714/bakida-saxta-spirtli-icki-hazirlayan-deste-uzvleri-saxlaniliblar-456816344.html
Bakıda saxta spirtli içki hazırlayan dəstə üzvləri saxlanılıblar
Bakıda saxta spirtli içki hazırlayan dəstə üzvləri saxlanılıblar
Sputnik Azərbaycan
Kustar üsulla, standartlara cavab verməyən gizli sexdə saxta spirtli içkilərin hazırlanması ilə məşğul olan Fəxri Nürəddinli, Sərxan Manafov və Xəyyam Həsənov... 14.07.2023, Sputnik Azərbaycan
2023-07-14T20:52+0400
2023-07-14T20:52+0400
2023-07-14T21:01+0400
qida
cəmiyyət
aqta
din
saxta
spirtli içkilər
https://cdnn1.img.sputnik.az/img/07e7/07/0e/456816177_0:0:850:478_1920x0_80_0_0_1f3e30b939164af8f682b030ebedb9ae.jpg
BAKI, 14 iyul — Sputnik. Daxili İşlər Nazirliyi Qida Təhlükəsizliyi Agentliyi ilə birgə ölkə ərazisində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirib. Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, paytaxtın Binəqədi rayonu, Gülüstan qəsəbəsində kustar üsulla, standartlara cavab verməyən gizli sexdə saxta spirtli içkilərin hazırlanması barədə daxil olan əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı Fəxri Nürəddinli, Sərxan Manafov və Xəyyam Həsənov saxlanılıblar. Araşdırma zamanı müəyyən edilib ki, bu şəxslər həmin sexdə araq, viski, tekila və sair saxta spirtli içkilər hazırlayaraq Bakı şəhəri və respublikanın müxtəlif rayonlarında satışını təskil ediblər. Onlara məxsus sexə baxış zamanı xeyli sayda saxta spirtli içki, ancaq istehsalatda istifadəsi nəzərdə tutulan, insan sağlamlığına ciddi ziyan vura bilən texniki spirt, qablaşdırma üçün nəzərdə tutulmuş yerli və xarici aksiz markalar, etiketler, boş şüşə qablar və sair köməkçi vəsaitlar aşkar olunaraq maddi sübut kimi götürülüb. Dəstə üzvlərindən aşkar edilən hazır məhsulların qablaşdırılmasında və aksiz markalarında uyğunsuzluqlar müəyyən edilib. Fəxri Nürəddinli, Sərxan Manafov və Xəyyam Həsənov hazırladıqları spirtli içkilərin keyfiyyət və təhlükəsizlik göstəricilərini təsdiq edən sənədləri təqdim edə bilməyiblər. Spirtli içkilərdən nümunələr götürülərək müayinələrin aparılması üçün Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Keçirilmiş ekspertizaların nəticələrinə görə aşkar edilən spirtli içkilər istifadəyə tam yararsızdır va insan sağlamlığı üçün olduqca təhlükəlidir. Faktla bağlı tədbirlər davam etdirilir. Daxili İşlər Nazirliyi Qida Təhlükəsizliyi Agentliyi ilə birgə əhalinin sağlam qida ilə təmin edilməsi istiqamətində tədbirlərini bundan sonra mütəmadi olaraq davam etdirəcək.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/07/0e/456816177_88:0:795:530_1920x0_80_0_0_a8936a0bb0c85512c579a82fc6926995.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qida, aqta, din, saxta, spirtli içkilər
qida, aqta, din, saxta, spirtli içkilər
Bakıda saxta spirtli içki hazırlayan dəstə üzvləri saxlanılıblar
20:52 14.07.2023 (Yenilənib: 21:01 14.07.2023) Kustar üsulla, standartlara cavab verməyən gizli sexdə saxta spirtli içkilərin hazırlanması ilə məşğul olan Fəxri Nürəddinli, Sərxan Manafov və Xəyyam Həsənov saxlanılıblar.
BAKI, 14 iyul — Sputnik. Daxili İşlər Nazirliyi Qida Təhlükəsizliyi Agentliyi ilə birgə ölkə ərazisində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirib.
Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, paytaxtın Binəqədi rayonu, Gülüstan qəsəbəsində kustar üsulla, standartlara cavab verməyən gizli sexdə saxta spirtli içkilərin hazırlanması barədə daxil olan əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı Fəxri Nürəddinli, Sərxan Manafov və Xəyyam Həsənov saxlanılıblar. Araşdırma zamanı müəyyən edilib ki, bu şəxslər həmin sexdə araq, viski, tekila və sair saxta spirtli içkilər hazırlayaraq Bakı şəhəri və respublikanın müxtəlif rayonlarında satışını təskil ediblər.
Onlara məxsus sexə baxış zamanı xeyli sayda saxta spirtli içki, ancaq istehsalatda istifadəsi nəzərdə tutulan, insan sağlamlığına ciddi ziyan vura bilən texniki spirt, qablaşdırma üçün nəzərdə tutulmuş yerli və xarici aksiz markalar, etiketler, boş şüşə qablar və sair köməkçi vəsaitlar aşkar olunaraq maddi sübut kimi götürülüb. Dəstə üzvlərindən aşkar edilən hazır məhsulların qablaşdırılmasında və aksiz markalarında uyğunsuzluqlar müəyyən edilib.
Fəxri Nürəddinli, Sərxan Manafov və Xəyyam Həsənov hazırladıqları spirtli içkilərin keyfiyyət və təhlükəsizlik göstəricilərini təsdiq edən sənədləri təqdim edə bilməyiblər. Spirtli içkilərdən nümunələr götürülərək müayinələrin aparılması üçün Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Keçirilmiş ekspertizaların nəticələrinə görə aşkar edilən spirtli içkilər istifadəyə tam yararsızdır va insan sağlamlığı üçün olduqca təhlükəlidir. Faktla bağlı tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyi Qida Təhlükəsizliyi Agentliyi ilə birgə əhalinin sağlam qida ilə təmin edilməsi istiqamətində tədbirlərini bundan sonra mütəmadi olaraq davam etdirəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.