SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan hər şeyin zamanını gözləməyi bacarır - Politoloq

© Photo : General Prosecutor's Office of AzerbaijanAzərbaycan-Ermənistan sərhədi, Laçında post
Azərbaycan-Ermənistan sərhədi, Laçında post - Sputnik Azərbaycan, 1920, 14.07.2023
Abunə olmaq
Ekspert bildirib ki, Qarabağ bölgəsinin təchizatı ilə bağlı Azərbaycanın bütün imkanları var. Bölgənin erməni əhalisinə ərzaq və ya tibbi ləvazimat lazımdırsa, Ağdam yolu ilə ən qısa şəkildə bunları əldə edə bilərlər.
BAKI, 14 iyul - Sputnik. “Laçın yolunun açılıb-açılmaması qərarını Azərbaycan rəhbərliyi verəcək. Suveren ərazimizdir deyə, qərarları Bakıda qəbul edirik. Əslində, həmin məntəqənin bağlanması da ermənilərin təxribatı nəticəsində baş verib. Özləri təxribat törədiblər və bunun sayəsində də həmin yoldan məhrum olublar”. Bu sözləri Yenisabah.az-a açıqlamasında politoloq Nadir Şəfiyev deyib.
O, separatçıların başçısı Araik Arutyunyanın Laçın yolunun bağlanması ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.
Xatırladaq ki, tanınmamış “DQR” “nümayəndə”si vurğulayıb ki, onlar iyulun 15-dəki Brüssel görüşünün nəticələrini gözləyirlər. Əgər bu görüşdə yolun açılması ilə bağlı qərar qəbul edilməsə, hamılıqla Laçın postuna yürüş edəcəklər.
© Sputnik / Murad OrujovNadir Şəfiyev, arxiv
60-е заседании клуба политологов Южный Кавказ - Sputnik Azərbaycan, 1920, 14.07.2023
Nadir Şəfiyev, arxiv
“Hətta Ruben Vardanyanın vaxtında yürüş etməyə cəhd göstəriblər. Halbuki Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazidir və onlar bunun qarşısını almalıdır. Təbii olaraq, Azərbaycan ordusu bu təxribatlara hazır vəziyyətdədir. Yəni aqibətləri betər olacaq”, - deyə N.Şəfiyev bəyan edib.
Politoloq BQXK maşınları ilə bağlı təxribatı xatırladıb:

“Bir məsələyə də xüsusi diqqət yetirilməlidir. Beynəlxalq Qızıl Xaç Komitəsinin maşınlarının saxlanılması ilə Azərbaycan bir daha nümayiş etdirdi ki, zamanını gözləməyi bacarır. Zəif deyilik, separatçılar sadəcə öz vəziyyətlərini gərginləşdirəcəklər. Bölgənin təchizatı məsələsinə gəldikdə, Azərbaycanın bu məsələ ilə bağlı bütün imkanları var. Sənə ərzaq lazımdırsa, Azərbaycan Ağdam yolu ilə ən qısa şəkildə həmin ərzağı sənə çatdıra bilər. Tibbi ləvazimat lazımdırsa, bunu da eyni yolla ala bilərsən. Buna paralel şəkildə artıq danışıqlara başlamalısan. Çünki bundan o yanı yoxdur və 2023-cü ilin ortalarıdır”.

Siyasi şərhçi separatçıların təhdidlərini “boş və mənasız söz yığnağı” adlandırıb:
“İndi 90-cı illər deyil və Azərbaycan da 90-cı illərin Azərbaycanı deyil. Biz silahsız, əliyalın şəkildə torpaqlarımızı qoruya biləndə belə onlar bizimlə bacarmırdılar. Hazırda Azərbaycanın beynəlxalq nüfuzunun artdığı və Azərbaycan ordusunun ölkəmizi qorumağa qadir olduğu bir vaxtda belə təxribatlara getmələri onların özləri üçün bədbəxtlikdir”.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0