Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Uşaqlar yemək yeməyəndə valideynlər narahat olmamalıdırlar - Həkim açıqladı

© Sputnik / Vladimir Pesnya / Mediabanka keçidYemək yeyən uşaq
Yemək yeyən uşaq - Sputnik Azərbaycan, 1920, 13.07.2023
Abunə olmaq
Əgər uşağın orqanizmində müqavimət yaxşıdırsa və dondurma yemək istəyirsə, iki yaşından sonra icazə vermək olar.
BAKI, 13 iyul — Sputnik. Yay aylarında hava isti olduğundan qidaların tərkibi tez dəyişir və buna görə qidalanmada diqqətli olmaq lazımdır.
Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Əkbər Quliyev deyib. Həkimin sözlərinə görə, yüngül və yeni hazırlanmış qidalara üstünlük vermək lazımdır:
"Yay aylarında hava isti olduğundan həm uşaqlarda, həm də böyüklərdə iştahsızlıq müşahidə edilə bilər. Buna görə yüngül zülallı qidalara, ağartı məhsullarına üstünlük vermək lazımdır".
Həkim bildirib ki, isti aylarda iştahsızlıqdan müəyyən qədər çəki itkisi olsa da, bu narahat olunacaq məqam deyil.
"Xüsusilə də uşaqlar yemək yeməyəndə və ya iştahsız olanda valideynlər narahat olmamalıdırlar. Uşaqları yemək yeməyə məcbur etməməlidirlər. Əlavə vitamin komplekslərinin də qəbul edilməsinə ehtiyac yoxdur. Əgər uşağın orqanizmində müqavimət yaxşıdırsa və dondurma yemək istəyirsə, iki yaşından sonra icazə vermək olar. Lakin soyuq içkilərin verilməsi tövsiyə edilmir" - həkim qeyd edib.
Həkim qeyd edib ki, yay aylarında gün ərzində saf suyun qəbulu daha çox tövsiyə edilir:
"Orqanizmin tələbatından asılı olaraq bədənin maye balansı qorunmalıdır. Valideynlər uşaqlarını maye qəbuluna öyrəşdirməlidirlər".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0